Bu iki vasitə xərçəngdən qoruyur – Siqaret çəkənlər çox qəbul etməlidir

  • 14 Avqust, 2019
  • 8805 Baxış
Bu iki vasitə xərçəngdən qoruyur – Siqaret çəkənlər çox qəbul etməlidir

Avstraliya və Daniya alimlərinin yeni elmi araşdırmasının nəticələri artıq dərc olunub.
Medicina.az xəbər verir ki, 23 ildir davam edən araşdırmada 54 min insanın sağlamlığı və qidalanması izlənilib. 

Bu müddət ərzində onlardan 14 000 nəfəri müxtəlif xəstəliklərdən ölüb. 
Analizlər göstərib ki, gündəlik qidasında flavonoid tərkibli qidalar olan insanlarda ürək-damar və xərçəngə tutulma riski az olub və onlar bu səbəblərdən erkən dünyalarını dəyişməyiblər.  Gündə qida ilə 500 mq flavonoid alan insanlar daha sağlam və uzun ömür sürürlər.

Elmi işin müəlllifi professor Nikol Bondon bildirib ki, bu qədər flavonoidi almaq üçün yaxşı keyfiyyətli 2 fincan qara çay və 2 alma, 1 portağal, 100 qr brokolli yeməklə almaq olur.

Bu qidaları daha çox alkoqol və siqaretdən istifadə edənlər qəbul etməlidir. Çünki içki və tütün iltihabı artırır, damarları tıxayır, flavonoidlər isə damarların finksiyasını artırır.