11 yaşlı qız dünya həkimlərini şoka saldı- VİDEO

  • 10 Mart, 2018
  • 14460 Baxış
11 yaşlı qız dünya həkimlərini şoka saldı- VİDEO
Qulaqlarından girən qarışqalar gözlərindən çıxır.

Medicina.az Publika.az-a istinadən xəbər verir ki, 11 yaşlı qız uşağı bütün dünyanı şoka salıb. Hindistanda yaşayan Aişvininin gözündən gün ərzində 6-qarışqa çıxır. Valideynləri qızlarının vəziyyətindən narahat olub onu xəstəxanaya aparıb.

Həkimlərin əvvəlcə bunun necə baş verdiyini anlamayıb. Qızın gözündən çıxan ölü qarışqaları təmizləyən həkimlər sonradan bu qarışqaların ora necə düşdüyünü araşdırmaq istəyib.

Məlum olub ki, qarışqalar qızın qulağından girib, gözlərindən ölü vəziyyətdə çıxırlar. Təcili müalicəyə başlamalarına baxmayaraq, qız gecə yatanda da gözlərindən qarışqalar tökülür. Bu onun görməsində heç bir problem yaratmayıb.

Müxtəlif dərmanlar problemi həll edə bilməyib. Aişvinin hər iki gözündən gündəlik olaraq 6-7 qarışqa çıxmağa davam edir. Son 10 gündə qızın gözündən 60-a qədər ölü qarışqa təmizlənib.