2 milyona yaxın adam tibbi müayinədən keçib - 879 nəfərdə yeni törəmə aşkarlandı

  • 14 Mart, 2019
  • 2872 Baxış
2 milyona yaxın adam tibbi müayinədən keçib - 879 nəfərdə yeni törəmə aşkarlandı

Səhiyyə müəssisələrində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 12-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur. 

Medicina.az xəbər verir ki,  12.02.2019-cu il tarixindən - 12.03.2019-cu il tarixinədək ölkə üzrə ümumilikdə 1947274 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib. Bunlardan 926744-ü kişi, 1020530-u qadındır.

Müayinələr zamanı ümumilikdə 2932 nəfərdə infeksiyon, 879 nəfərdə yenitörəmələr, 5075 nəfərdə qanyaradıcı xəstəliklər, 5026 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb.

Bundan əlavə, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.

Aşkarlanmaların nəticəsi olaraq 19810 nəfər dispanser qeydiyyata götürülüb. 36092 nəfər sağlamlaşdırılıb, 7389 hospitalizə olunub, 623503 nəfər isə əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.