4 aylıq körpədə nəhəng qolatı törəmə 3 dəlikdən çıxarıldı – Bakıda daha bir unikal əməliyyat-Video

  • 2018.08.15 17:59
  • 20409 Baxış
4 aylıq körpədə nəhəng qolatı törəmə 3 dəlikdən çıxarıldı –  Bakıda daha bir unikal əməliyyat-Video
Medicina.az xəbər verir ki, tanınmış uşaq cərrahı Toğrul Ömərov yenidoğulmuşlarda rast gəlinən böyük ölçülü dərialtı toxuma törəməsini ilk dəfə endoskopik metodla çıxarıb.

Cərrah bu patologiya və əməliyyat barədə açıqlama verərək bildirdi ki, ümumiyyətlə, kistik limfoangiomalar yenidoğulmuşlarda daha çox üz və boyun nahiyəsində rast gəlinir. Döş qəfəsində rastgəlmə tezliyi isə 12.000 uşaqda birindədir.

" Əməliyyat üçün ən çətini böyükölçülü limfangiomalardı. Onların çıxarılmasında açıq əməliyyat zamanı daha böyük kəsiklər atılmalıdır ki, bu da uşaqda gələcəkdə kosmetik qüsur kimi kompleks yaradacaq. 4 aylıq pasiyentimiz də qız uşağı olduğundan onun qolaltında olan iri limfangiomanı endoskopik əməliyyat etməyə qərar verdik. Bildiyiniz kimi, dəri altında ən çox plastik cərrahlar endoskopik əməliyyatlar icra edirlər. 

4 aylıq pasiyentdə bu əməliyyat üçün qoltuqaltından 3 mm-lik nazik alətlərlə keçərək, limfangiomanın endoskopik tam diseksiyasını icra etdik. İçindəki möhtəviyyat aspiratorla boşaldıldıqdan sonra yerində qalan kapsula bir dəlikdən çıxarıldı. Dəri altıdakı boşluq tam antiseptik işləndi, drenaj qoyularaq əməliyyat yekunlaşdırıldı. 

Əməliyyatımızdan 2 ay keçib, uşaqda hər şey normaldır, kosmetik nəticə isə çox gözəldir”.

Bizdə olan məlumatlara əsasən Bakıda ilk dəfədir ki, uşaq cərrahı iri ölçülü törəməni endoskopik yolla xaric edib. Gələcəkdə bu metodla əməliyyatları davam etdirib, körpələri böyük kosmetik qüsurlardan qorumaq mümkün olacaq.

Medicina.az həmin əməliyyatdan görüntünü təqdim edir.