Bu il Azərbaycanda 1208 əkiz, 27 üçəm doğulub - STATİSTİKA

  • 2017.08.15 12:00
  • 15935 Baxış
Bu il Azərbaycanda 1208 əkiz, 27 üçəm doğulub -  STATİSTİKA
Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib.

 

Dövlət Statistika Komitəsindən "Medicina"ya verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.

 

Bu ilin birinci yarısında ölkədə 29477 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

İlin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.
Bu il Azərbaycanda 1208 əkiz, 27 üçəm doğulub -  STATİSTİKA