Hamiləlik testləri çox zaman səhv edir – ALİMLƏR

  • 30 Aprel, 2019
  • 3653 Baxış
Hamiləlik testləri çox zaman səhv edir – ALİMLƏR

Vaşinqton Universitetinin alimləri sübut ediblər ki, ən çox satılan hamiləlik test markalarının 11-dən 9-u əksər hallarda yanlış nəticə verir. Belə ki, testlər hamiləlik olsa da neqativ cavab göstərir.

Medicina.az xəbər verir ki, təkcə ABŞ-da hər il 20 milyon test satılır. Bütün istehsalçılar əminliklə bildirir ki, onların məhsulu 99% düz cavab göstərir. Lakin Amerikada planlaşdırılmamış hamiləliklərin 45%-nin səbəbi məhz testlərin yanlışlığna görə baş verir. 

Yumurtahüceyrənin mayalanmasından 2 həftə sonra qadın orqanizmində xorionik qonadotropin sintez olunur. Evdə aptek testləri isə sidikdə intakt XQİ-ni təyin etməyə bilər. Beləliklə, qadında faktiki hamiləlik baş verib, test yalan məlumat verir. 

Bir çox qadınlar təkrar test zamanı sidiyi su ilə qarışdırıb, guya daha dəqiq cavab alacaqlarını yazır. Amma həkimlər bildirir ki, bu metod da effektiv deyil. 
Statistika göstərir ki, hər bir məşhur test markası 5% hallarda yanlış nəticə göstərir, hər 20 qadından biri isə hamiləliyindən bu səbəbdən gec xəbər tutur.
FDA yeni və daha dəqiq hamiləlik testlərinin hazırlanması üçün müraciət edib. Qadınlara isə hamiləliyə şübhə varsa, testlər mənfi nəticə göstərdiyi təqdirdə, mütləq laboratoriyada qan analizi verməyi məsləhət görür.