Körpələrin burnuna qətiyyən qulaq çöpü salmayın! - Uşağın burnunu ən düzgün təmizləmə yolu

  • 15 Noyabr, 2018
  • 15438 Baxış
Körpələrin burnuna qətiyyən qulaq çöpü salmayın! - Uşağın burnunu ən düzgün təmizləmə yolu
Yeni ana olmuş qadınların ən böyük problemlərindən biri körpənin burnunu təmizləməkdir. Burnu tutulduqda körpə narahat olur, yata və süd əmə bilmirlər. Düzdür uşağın orqanizmi, o cümlədən də burnu öz-özünü təmizləmək qabiliyyətinə malikdir. Ancaq bəzən bu kömək eləmir. Buna görə də körpənin burun boşluğunu təmizləmək lazım gəlir. Pediatrlar uşağın burnuna toxunmamağı məsləhət bilsələr də, körpəyə bəzən kömək etmək vacib olur.

Medicina.az xəbər verir ki, körpələrin burnu əsasən otağın havasının quru olması səbəbindən tutulur. Əgər körpə tamamilə sağlamdırsa, bununla belə burnu tez-tez tıxanırsa o zaman otağın havasını nəmləndirin. 

Körpənin burnunu təmizləməyin ən yaxşı yolu çox yumşaq bez parçasının nazik bir qatını suda isladaraq buruna ehtiyatla salıb fırlatmaqdır. Bu zaman burunda yığılan selik bezlə birlikdə çıxır. 

Bez parçasını həmçinin yağda və ana südündə də islatmaq olar. 

Uşağın burnuna qətiyyən metal parçası və ya qulaqtəmizləyən salmaq olmaz. Bu, körpənin burnunun zədələnməsinə və infeksiyaya yoluxmasına səbəb ola bilər.

Arzu
Medicina.az