Övladın intihara hazırlaşdığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!

  • 01 Avqust, 2019
  • 12584 Baxış
Övladın  intihara hazırlaşdığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!
Zaqatalada özünü asaraq intihar edən 17 yaşlı Gülər İsmayolovanın da adı hər il ölkədə müxtəlif səbəblərdən canına qıyan insanların sihayısına yazıldı.  İntihardan öncə Gülərin çəkdiyi qısa vida videosu da üzə çıxdı.
 
Bu video göstərir ki, o ən azı 1 həftə idi intihar öncəsi bütün fiziki, psixoloji simptomları yaşayır və ətrafa sezdirirdi. Bunu yalnız diqqətli valideyn görə bilərdi, amma görmədilər. Yaxınlar deyir ki, o şən, zarafatcıl qız idi, intihardan öncə də yeyib-içib, danışıb, heç o fikirdə olduğunu biruzə verdirmirdi.
 
Statistika göstərir ki, intihardan öncə qurbanlar ailəsini və doğmalarını şübhələndirməmək üçün maksimum sakit davranır, rola girir və onları azdımağa nail olurlar.

Medicina.az  bir insanın intihardan öncəki əlamətlərini təqdim edir. Bunlara diqqət yetirin.

1.Əvvəlki enerjisini itirir, səhərlər gec oyanır, gecələr təkliyə çəkilir  və 1-2 ay öncə barədə heç bir şey düşünmür, plan qurmur
2.İştahı pozulur, yuxusuz olur, kabus yuxuları görür

3.Özünətənqidi artır, başqalarını tərifləyir, özü ilə müqayisə edib onlar kimi olmadığına görə yalnız özünü suçlayır, günahkarlıq hissi artır, utanır 

4.Depressiya – bütün əlamətləri ilə özünü göstərir. Evdən çıxmamaq, heç nəyə baxmamaq, geyimə fikir verməmək, qəmli mahnılar, daim pis əhval, ağlamaq, küsmək, qapanmaq, yüksək nevrozluq, aqressiya. Yaxın rəfiqəsi, dostu ilə belə az ünsiyyətə girir, zəngləşmir, danışmır. Ona görə də intihardan sonra yaxın bilinən dostları sorğu-sual edəndə onlar intihar səbəbini bilmir və intihar edənin son günlərdə onlara heç bir informasiya vermədiyini, dərdini danışmadığını etiriaf edir.

5. İntihara aid mövzularla maraqlanır, informasiya toplanır, intihar alətlərini axtarır, soruşur, ətrafında kiminsə intiharını xatırladıb danışır, hansı ölümün daha sürətli və ağrısız olduğu ilə maraqlanr və s. Uşağın hansı filmlərə, telefonda nəyə baxdığına, nə oxuduğuna diqqət yetirin. Eləcə də bəzi insanlar intihardan öncə əlllərində kağız ya bloknot olduqda qeyri-ixtiyari 

6. Bu ifadələri çox işlədir: "Mən daha bacarmıram”, "Mənə fətqi yoxdur”, "Mən bunu bitirməliyəm”, Mən heç kimə lazım deyiləm. İnsanın leksikonunda əvvəl işlətmədiyi bu kimi fikirlər səsləndirirsə, məsələ ciddidir. 

7.İnsan elə hərəkətlər edir ki, sanki şüursuzcasına hərəjət edir, düşünmür. Məsələn evdən çıxıb gedir, avtobusa minib tanımadığı yerlərə gedir, metroda sonuncu stansiyaya kimi gedib qayıdır, olduğu yerlərin fərqinə varmır, yaxınlarından kiminsə evinə gedib qalır

8. İntihara yaxın otağını, şəxsi əşyalarını, dolabını yerbəyer edir, qiymətli əşyalarını kiməsə sevdiyi insanlara bağışlayır, hədiyyə edir

9. Fiziki simptomlardan: arıqlama, tənəffüsdə çətinlik, qəddi əyilir, saçlarına, üzünə fikir vermir, gözləri çox vaxt şişmiş olur, ürəkbulanmaları artır

10.Özünə və digərlərinə hörmət hissi itir, köməksizlik, çarəsizlik, hallüsinasiyalar görmək