Səhiyyə Nazirliyi uşaqlarla bağlı aksiya keçirir

  • 31 May, 2019
  • 823 Baxış
Səhiyyə Nazirliyi uşaqlarla bağlı aksiya keçirir

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.


Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Səhiyyə Nazirliyinin 24 may 2019-cu il tarixli 97-S nömrəli Sərəncamı ilə "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı Bakı şəhərində və respublikanın cəbhə bölgələrində yerləşən rayonlarda uşaqları yüksəkixtisaslı mütəxəssislər tərəfindən tibbi müayinələrdən keçirir.

Belə ki, Bakı Baş Səhiyyə İdarəsi, Psixonevroloji Uşaq Evində, 5 nömrəli Uşaq Somatik Sanatoriyası və 7 nömrəli Uşaq Nevroloji Sanatoriyasında; Respublika Endokrinoloji Mərkəzi, Dispanser qeydiyyatda olan şəkərli diabetli uşaqları; akad. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ağdam və Tərtər rayonlarında; Respublika Uşaq Klinik Xəstəxanası, Füzuli rayonunda; akad.Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və "Azərbaycan Pediatriya Assosiasiyası” isə Ağdam rayonu 4 Yol Qəsəbəsində müayinələr aparacaqlar.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı