Üçəm doğuldu - Heydər, İlham, Arif

  • 2019.05.16 10:35
  • 7271 Baxış
Üçəm doğuldu - Heydər, İlham, Arif
 
Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib. Medicina.az xəbər verir ki, mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.
Üçəmlər ümummilli lider Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır. Bu, ananın ikinci hamiləliyidir.