Uşağın qanında limfositlərin miqdarı nəyi göstərir – Hansı halda təhlükəlidir?

  • 2018.10.22 19:37
  • 92315 Baxış
Uşağın qanında limfositlərin miqdarı nəyi göstərir –  Hansı halda təhlükəlidir?
Uşağın qan analizində leykositlərin miqdarı və davranışına görə uşağın sağlamlığı, immunitetin vəziyyətinə görə çox informasiya əldə etmək olur. Sadə bir qan analizi peşəkar pediatra kifayətdir ki, uşağın hətta qidalanması, davranışı, inkişafı, hansı xəstəliklərinin olmasını təyin etsin. Uşaq üçün təhlükəli məqam immunitetin zəifləməsidir. Qanda limfosit hüceyrələrinin dəyişikliyi, səviyyəsi bu barədə bilgi verir.


Medicina.az xəbər verir ki, leykositlər orqanizmdə virus, infeksiya və neoplastik prosesləri, hətta uşağın stressini də göstərə bilir. 

Limfositlər – qanın ağ hüceyrələridir. O, immunitetin hüceyrə zəncirinə daxildir. Normal sağlam qanda leykositlərin miqdarı ciddi, dəqiq sayda olmalıdır. Az və ya çox dəyişiklik artıq patologiya göstəricisidir. 


Limfositlərin funksiyası nədir?


Qanda kifayət qədər böyük qrupda olan limfositlər-ağ qan 3 qrupa bölünür: T limfositlər  85% hissəni tutur. Onlar immunitetin işini təşkil edir, hüceyrə səviyyəsində infeksiyalardan qorunmaya cavabdehdir.  Onların içində killer limfositlər də vardır ki, patogen mikroorqanizmlərə qarşı aktivdir.  Bu 3 qrup limfositlərin hesablna infeksiyalara qarşı dayanıqlıq yaranır. 


İkinci qrup B limfositlərdir – təhlükəli antigenləri tanıyır və məhv edir. 

Üçüncü qrup NK limfositləri – şiş və viruslarla zədələnmiş hüceyrələri məhv edir. 


Onların sayəsində şiş əleyhinə immunitet formalaşır, xroniki virus infeksiyalarına – hepatit, herpes, QİÇS  viruslarının aktivliyini sıxır. 


Qanda limfositlərin analizi nə göstərir?


Uşaqdan alınan ümumi qan analizində limfositlərin artması, yüksəlməsi – virus təbiətli infeksion prosesin başladığına dəlalət edir. Mononukleoz, qızılca, məxmərək və s kimi infeksiyalarda da leykositlər yüksəlir.


Lakin yüksəlmiş leykositlər heç də həmişə virusa dəlalət etmir. Allergiya, şiş, immunitet patologiyasında da qalxır. 

Konkret növ infeksiya və patologiyaları ayırd etmək üçün ümumi limfositar hüceyrələrin miqdarına yox, T və B limfositlərinin öz aralarında nisbətinə baxılır. 

KÖrpələrdə limfosit miqdarı


4-5 günlükdə və  4-5 yaşlarda kimi uşaqların qanında limfositlərin kütləsi ilə leykositlər bərabər olur. Daha sonra  limfositlərin miqdarı leykositləri keçir. Bu onunla əlaqədardır ki, uşaqlar daha tez-tez xəstələnir, mikrob və virusları tanıyır, immuniteti formalaşır. Bu ərəfədə limfositlər sanki dərs keçir, immuniteti alışdırır. 


6 yaşından sonra limfositlər normal qaydasına düşür, ümumi ağ qan hüceyrələrinin 23-45%-ni təşkil edir. 

Uşaq orqanizmində limfositlər virus ataklarının qarşısını alır, həmçinin şiş hüceyrələrinin artmamasına nəzarət edir. Leykositlər bazofil və neytrofillərin hesabına mikroblarla mübarizə aparır. 


Ona görə qanda limfosit artımını görəndə həkim orqanizmdə virus, qrip, bağırsaq qripindən şübhələnir.  Həmçinin limfosit yüksəlməsi xroniki infeksiyanın kəskinləşməsini göstərir, məsələn herpes. 


Limfositlər istənilən virusu tanıya bilir, ona qarşı aktitel formalaşdırır, xüsusi mexanizm işə salır. Onların bir hissəsi təhlükəli virusu yadda saxlayır, növbəti yoluxmada onu dərhal blokadaya alır. 


Ona görə qanda uşaqlarda qanda limfpsitlərin artıb-azalmasına diqqətli olub, təhlükəni vaxtında aşkarlamaq lazımdır.