Uşaq qidalarına zəhər qatılır – Dəhşətli cinayət

  • 2017.09.28 16:07
  • 14151 Baxış
Uşaq qidalarına zəhər qatılır –  Dəhşətli cinayət
Almaniyada hazır uşaq qidalarının tərkibinə zəhər qatılıb. 

 

Medicina.az xəbər verir ki, bu, marketlərdə satılan fərqli firmaların istehsal etdiyi qidaların üzərində aparılan araşdırma nəticəsində bəlli olub. Sosial şəbəkələrdə və Almaniya mətbuatında yayılan xəbərlərə görə, aşkar olunan zəhər, uşaqlarda ölüm riski yaradacaq qədər güclü kimyəvi tərkibə malik olub. 

O da məlum olub ki, bu işi mütəşəkkil dəstə həyat keçirib. Hətta bu işin ticarəti ilə məşğul olan şəxslər gizli olaraq mağaza sahiblərinə təhdidedici məktublar göndərərək, onlara 10 milyon avro ödəmədikləri təqdirdə bu prosesi davam etdirəcəklərini bildiriblər.


 

Polis tərəfindən araşdırma işlərinə başlanılıb. Sözügedən marketlərdən isə həmin qidalar götürülüb.