Körpələri bişməcədən necə qorumalı – Mikrob düşə bilər

  • 2018.07.14 15:40
  • 12858 Baxış
Körpələri bişməcədən necə qorumalı –  Mikrob düşə bilər
 Bezin dəriyə toxunduğu yerdə əmələ gələn və ya isti geyimlərdən dərinin qıcıqlanmasından yaranan problemdir. Ən çox bezlə təmas olan hissələrdə, qulaq arxasında, büküşlərdə, sinə və kürək nahiyyələrində çox olur. Belə halda körpələrdə yanma, qaşınma hissi olur. Bu səbəbdən, körpə narahat, əsəbi və yuxusu pis olur.

 

Bəzi göbələklər də bişməcə yarada bilər. Çünki bezlə təmas edən nahiyyə nəmli olduğuna görə göbələklər burda artıb çoxalır. Tərləmənin artması da, bu vəziyyəti yaradan səbəblərdəndir. Ona görə yay aylarında bişməcəyə daha çox rast gəlinir. Bu zaman dəridə qızartı, xırda yayılmış, içərisində şəffaf maye olan səpkilər yaranır. 


Medicina.az xəbər verir ki, uzman pediatr Altay Abdullaoğlu bişməcələrin müalicəsində sink tərkibli kremlərdən istifadəni labüd sayır

" Bununla yanaşı, bişməcənin olduğu nahiyyə təmiz və quru saxlanmalı, eyni zamanda bezi tez-tez dəyişdirməli, mümkün qədər körpənin altı havalandırılmalı, düzgün ölçüdə bez seçmelidir. Ancaq bişməcələr uzunmüddətli davam edərsə, infeksiyalaşa da bilir. Bu zaman dəridə soyulmalar, irincikli səpkilər yaranır.Belə halda, həkimin məsləhət etdiyi mikrob əlehinə və ya göbələk əleyhinə kremlərin istifadəsi və düzgün gigiyenik qaydalara əməl olunması bu vəziyyətin qarşısını ala bilər”.

 

Körpələri bişməcədən necə qorumalı –  Mikrob düşə bilər