Azərbaycanda bir nöqtədən endoskopik qasıq yırtığı əməliyyatı – Tanınmış uşaq cərrahının qızıl standart tövsiyyəsi

  • 2018.08.30 17:37
  • 26114 Baxış
Azərbaycanda bir nöqtədən endoskopik qasıq yırtığı əməliyyatı –  Tanınmış uşaq cərrahının qızıl standart tövsiyyəsi

Azərbaycanda uşaqlar arasında yırtıq əməliyyatları ən çox icra olunan əməliyyat növüdür. Hazırda açıq, qapalı əməliyyatlar icra olunur. Bu əməliyyatlarda ən müasir üsul, Amerika və Avropada tətbiq olunan metod bir dəlikdən icra olunan- PİRS adlı laporoskopik əməliyyatdır. 


Uşaq cərrahı Toğrul Ömərov texniki olaraq çətin olan bu əməliyyatın Azərbaycanda az cərrahlar tərəfindən icra olunduğunu bildirdi. İran, Türkiyə kimi ölkələrdə isə ümumiyyətlə belə əməliyyatı etmirlər. Həkim bunun səbəblərini Medicina.az-a açıqladı:



" Bu əməliyyat texniki olaraq çətindir. Əməliyyat yalnız düzgün texnika ilə icra olunmalıdır ki, təkrarlanma baş verməsin. Cərrahlar bu metodun olduğunu bilir, amma öz rahatlıqları üçün açıq və ya bir neçə dəlikdən qapalı əməliyyatlara davam edirlər.


Bu metod uşaqlarda qasıq yırtığında istifadə olunur.

Qasıq yırtığı oğlan uşaqlarında xaya enmə prosesində baş verir ki, nəticədə qasıq kanalı bağlanmadığından yırtıq əmələ gəlir.

Qız uşaqlarında isə uşaqlıq bağları qasıq kanalından keçdiyinə görə kanalı açır və kanal bağlanmadığı hallarda yırtıq əmələ gəlir. 


Doğulandan 6 aya kimi oğlan uşaqlarında gözlənilir, çox rast gəlinən haldır. Qız uşaqlarında isə gözləmə müddəti yoxdur. Görünən gündən əməliyyat olunmalıdır. Əməliyyat olmazsa yumurtalıqlar burulub o yırtığa düşərək, boğula bilər.


Hazırda PİRS metodu dünyada qızıl standartdır. 2006-cı ildən icra edilir. Amerikada çox xəstələrə məhz bu metod tətbiq olunur. 


Həkim bildirdi ki, xəstədə  bir dəlik açılır, əməliyyat müddəti isə 6-7 dəqiqə çəkir. Digər əməliyyatlardan üstünlüyü odur ki, təkrarlanma şansı azdır. Ən önəmlisi isə açıq əməliyyatda xayanın damarları zədələnə bilir. Bu metodda isə damar və toxum ciyəsindən uzaq keçərək onları zədələmədən yırtığı bağlayırıq. 

 

Uşaqda kosmetik qüsur qalmır, cəmi bir nöqtə görünür, əməliyyatdan bir neçə saat sonra tam ağrısız evə gedir. 

 


Bu vaxta kimi 2000-ə yaxın qasıq yırtığı əməliyyatı edən Toğrul Ömərov Azərbaycanda bu üsulun geniş yayılmasını istəyir. 


 "Bildiyim qədəri ilə uşaq cərrahı Gündüz Ağayev bütün yırtıq əməliyyatlarını bu metodla icra edir. Əslində isə dünya çoxdan bu standarta keçib, bizdə də  bütün cərrahlar tərəfindən tətbiq olunsa çox yaxşı olar. 


Mən özüm bu metoddan elmi işimi müdafiə etmişəm. Hətta əməliyyata əlavə yenilik etmişəm və 2014-cü ildə adımıza patentləşdirmişik. Biz dəlikdən keçən alətii dəyişmişik. 


Valideynlərə tövsiyyə edərdim ki, qasıq yırtığına şübhə olan kimi uşaq cərrahına müraciət etsinlər və kohnə metodla uşağın əməliyyat olunmasına tələsməsinlər. Xüsusən bir çox həkimlərin uşaqlarda açıq qasıq yırtığı əməliyyatı etməsi uşaqlar üçün çətindir və kəsik izi qalır. 


Artıq bizdə də dünyanın qızıl standart əməliyyatı icra olunur. Uşağı çox incitmədən və kosmetik defekt qoymadan müasir laporoskopik əməliyyat etdirə bilərlər”.

 

 

Əməliyyatdan videonu təqdim edirik



Azərbaycanda bir nöqtədən endoskopik qasıq yırtığı əməliyyatı –  Tanınmış uşaq cərrahının qızıl standart tövsiyyəsi