Azərbaycanda SEREBRAL İFLİCLİ UŞAQLAR çoxalır - Bioloji metodlarla müalicə ən effektividir

  • 2018.01.09 18:09
  • 9682 Baxış
Azərbaycanda SEREBRAL İFLİCLİ UŞAQLAR çoxalır -  Bioloji metodlarla müalicə ən effektividir
Bioloji Təbabət klinikasının uşaq nevroloqu Röyanə Quliyeva uşaqlarda hərəki pozğunluq və serebral iflic xəstəliyinin səbəbləri və yeni metodlarla müalicəsi barədə danışıb.


Medicina.az xəbər verir ki, o, uşaq serebral iflici nədir və necə yaranır suallarına cavab verib.


"Uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbi hamiləlik və doğuş zamanı beyin zədələnməsi və patologiyalarıdır. Daha çox hamiləliyin 20-ci həftəsindən sonra baş verən problemlərdən qaynaqlanır. Beyin və beyin mədəciklərinə qansızmalar, ananın anemiyası, beynin oksigensiz qalması – beyin toxumasının yumşalmasına səbəb olur. Beyində zədənin lokalizasiyasından asılı olaraq uşaqda patoloji pozalar yaranır: əzələ tonusu yüksəlir - ətraflarda əyilmələr, süstləşmə və əsmələr, qeyri-iradi hərəkətlər. Ən çox rast gəlinən forma spastik formadır. Beyindəki zədənin yerindən asılı olaraq aşağı-yuxarı ətraflarda, bədənin ortası və ya 4 ətrafın dördünün də zədələnməsi ilə büruzə verilir.


Uşaq serebral iflicinin spastik formasında ən çox yayılan pozası – pəncənin deformasiyasıdır, uşaq barmaqları üzərində dayanır, pəncəni tam yerə basmır.

 

 


 

Getdikcə vətərlərdə gərginlik, sümüklərdə əyilmələr başlayır. Digər forma – budlarda yerləşən əzələlərin yerli olaraq yığılması nəticəsində ayağın ayaq üzərinə gətirilməsi, yəni qayçı pozasıdır. Budun arxa əzələlərinin lokal yığılması nəticəsində uşaq dizini tam aça bilmir, qatlayır, yeriməkdə çətinlik yaradır. 

Yuxarı ətraflarda dirsək əzələsinin yığılması nəticəsində uşağın qolu dirsəkdən açılmır. Bu patoloji pozalarla yanaşı patoloji reflekslər də var. Uşağı otuzduranda, uşaq başını arxaya verir, otura bilmir, vertikal vəziyyətdə qalır. Bəzən uşaq oyuncaq və əşyalara əl uzada bilmir, götürə bilmir. 

 

Beyində qansızmanın dərəcəsindən asılı olaraq müalicə taktikası seçilir. I-II dərəcəli qansızmalar daha yüngül, III-IV dərəcəli qansızmalar daha ağır hesab olunur. Uşaq serebral iflicinin I dərəcədən V dərəcəyə kimi dərəcələri var. Ən ağırı təbii ki, V dərəcədir. 


İstənilən halda serebral iflicli uşaqlar dərhal müalicəyə cəlb olunmalıdır, burda vaxt itkisi yolverilməzdir.

 



Çox təəssüf ki, övladı serebral iflicdən əziyyət çəkən valideynlər bu uşaqlarla ömür boyu məşğul olmalıdırlar. Çünki bu xəstəlik bitməyən reabilitasiya prosedurları ilə müalicə olunur. Hazırda yeni müalicə taktikaları mövcuddur ki, bu da uşaq serebral iflicinin əvvəlki illərə nisbətdə effektiv müalicəsini artırıb.

 

Amma yenə də bu uşaqların cəmiyyətə inreqrasiyası üçün valideynlərin davamlı olaraq reabilitasiya tədbirlərini dayandırmamasından asılıdır.


Bioloji təbabət klinikasında uşağın beyində olan zədələrin azaldılmasına, zədələnmiş hüceyrələrin bərpasına yönəldilmiş bioloji tənzimləyici preparatlar təyin olunur. Bu uşaqların müalicəsi kompleks aparılmalıdır: dil, əqli problemləri, mədə-bağırsaq problemləri nəzərə alınmalıdır.


Valideynlər vaxtında müalicəyə gətirmədikdə artıq uşaqda əyilmələr dərinləşir, bu uşaqlara ortoped cərrahi müdaxiləsi lazımdır.


Artıq doğum evindən uşaq müalicəyə, reabilitasiyaya götürülməlidir”. 

 



Həkim vurğulayıb ki, bütün dünyada serebral iflic uşaqlarının 2 yaşından sonra dərman müalicəsinə ehtiyac olmadığı qəbul olunur: "Çünki beyin hüceyrələri 2-3 yaşına kimi bölünür. Ona görə müalicə çox erkən başlanmalıdır.


Dərman müalicəsində kimyəvi dərmanlarla beyin hüceyrələrini regenerasiya etmək mümkün deyil. Biz təbiətdən alınan bioloji preparatlarla uşağın beyin toxumasını qismən və ya xeyli bərpa edə bilirik. Çünki bu preparatın tərkibində heyvanın beyin toxuması maddələri vardır. Bu da uşağın beyin toxuması hüceyrələrinə daha yaxındır. Bu preparatlar 2-3-5 yaş uşaqlarda heç bir əlavə fəsad, zərər vermədən uğurla istifadə olunur.


Uşaqda mədə-bağırsaq problemi varsa, bioloji preparatlar təsir edir. Uşağın ummun sistemini yüksəldir. Təbii bitki və minerallardan hazırlanmış bioloji preparatlar bizim müalicəmizi hər kursda effektiv edir. Bizdə reabilitasiya və fizioterapiya metodları, idman hərəkətləri ilə uşaqları xeyli düzəldə bilərik.

 


 

Antiqravistat kostyumları uşağa geyindirməklə, uşaqda oynaq və əzələləri yumşaldır, boşaldırıq. Nəticədə uşaq kostyumda daha rahat hərəkət edir, xırda addımlar atır, belini, boynunu düz saxlaya bilir. Bu metodlarla biz uşaq serebral iflicli xəstələrimizi yaxşılığa doğru dəyişə bilmiş, pasiyentlərimiz otura, gəzə, danışa və hərəkət edə biliblər. 


Körpələrdə hətta yüngül nevroloji problemlər hiss olunarsa, valideynin ilk işi düzgün həkim və müalicə metodu seçməkdir. Uşaq serebral iflici böyük səbr və vaxt tələb edir. Dünyanın istənilən ölkəsində bu belədir. Ona görə uşağı müxtəlif həkimlərə aparıb gəzdirməklə qiymətli vaxtı itirmək yox, dərhal bir həkimdə düzgün və uzun müalicəyə başlamaq lazımdır. Mülaicələr bioloji üsul və preparatlarla aparılarsa, bu uşaqların heç bir orqan və funksiyaları sıradan çıxmayacaq, yüklənməyəcək, əksinə orqanizmin immun sistemi möhkəmlənəcək”. 


Həkimlə əlaqə:


Bioloji Təbabət klinikası


☎ ✆ (012) 430-89-89

☎ ✆ (050) 430-89-89

☎ ✆ (055) 430-89-89

☎ ✆ (070) 430-89-89




Azərbaycanda SEREBRAL İFLİCLİ UŞAQLAR çoxalır -  Bioloji metodlarla müalicə ən effektividir
Azərbaycanda SEREBRAL İFLİCLİ UŞAQLAR çoxalır -  Bioloji metodlarla müalicə ən effektividir
Azərbaycanda SEREBRAL İFLİCLİ UŞAQLAR çoxalır -  Bioloji metodlarla müalicə ən effektividir
Azərbaycanda SEREBRAL İFLİCLİ UŞAQLAR çoxalır -  Bioloji metodlarla müalicə ən effektividir