Azərbaycanlı uroloq əməliyyat etdiyi böyrəyi kəsərək, xərçəng şişini açıq göstərdi - Əməliyyatxanadan ŞOK VİDEO

  • 08 Dekabr, 2018
  • 33330 Baxış
Azərbaycanlı uroloq əməliyyat etdiyi böyrəyi kəsərək, xərçəng şişini açıq göstərdi  - Əməliyyatxanadan ŞOK VİDEO
Azərbaycanda çox rast gəlinən onkoloji xəstəliklərdən biri də böyrək karsinomasıdır. Sürətlə böyrəyi zəbt edən şiş hüceyrələri böyrəyi tam tutaraq, onun fəaliyyətini sıradan çıxarır. 

Uroloq onkoloq Elnur Əliyev insanların çoxsaylı marağını nəzərə alaraq, maarifləndirici məqsədlə yenicə əməliyyat edib çıxardığı böyrəyi kəsərək, onu  tamamilə əhatə etmiş 9 sm-lik bədxassəli şişi göstərir.
 
Həkim qeyd edir ki, şiş piyin içindəydi və böyrəyi elə tutmuşdu ki, böyrək  görünmürdü. Belə halda böyrəyi saxlamaq olmazdı. Əməliyyat zamanı şişə toxunmadan böyrək tam çıxarılıb. Həkim bildirib ki, düzgün əməliyyat və müalicə olunarsa, çox vaxt belə xəstələr onkoloji diaqnoz olmasına baxmayaraq, 10-12 il yaşaya bilirlər. 

Medicina.az həmin videonu təqdim edir.