Bu məlhəm ciyərləri bəlğəmdən təmizləyir - RESEPT

  • 13 Aprel, 2019
  • 19774 Baxış
Bu məlhəm ciyərləri bəlğəmdən təmizləyir - RESEPT
 
Zəncəfil sizi öskürəkdən və bəlğəmdən xilas edəcək.

Medicina.az-ın xəbərinə görə, zənfəil heç bir əlavə təsirə malik deyil. Lakin əsasən uşaqlar və həssas dərili insanlar üçün bir sıra problemlər yarada bilər. 
Davamlı öskürək insanı narahat edərək həyat səviyyəsini aşağı salır. Gecələr tutan öskürək tutmaları, hətta yatmağa da mane olur. 

İmmun sistemi güclü olan kiçik yaşlı uşaqlarda xroniki öskürək daha da güclənərək, daha ciddi xəstəliklərə səbəb ola bilər. Xroniki öskürəyin müalicəsi üçün həkim çox güman, bir sıra öskürəkəleyhinə siroplar təyin edəcək. Onların tərkibində iki inqridiyent – dekstrometorfan və kodein olur ki, bu maddələr yuxusuzluğu, baş ağrısını, miqreni aradan qaldırır. 

Lakin öskürəyi evdə olan vasitələrlə də aradan qaldıra bilərsiniz: 

Resept: 

Bal, zeytun yağı və unu 1 x/q sürtgəcdən keçirilmiş zəncəfillə qarışdırın. Daha sonra qarışımı salfetin və ya parçanın üzərinə çəkin. Daha sonra həmin yaxmanı tənzifin üzərinə yerləşdirərək, sinəyə və kürəyə plastr köməyi ilə yapışdırın. Böyüklər kompresi gecə boyu saxlaya bilərlər. Lakin nəzərə almaq lazımdır ki, onun təsiri ilə güclü tərləmə yarana bilər. Uşaqlara isə bu kompresi yatmazdan 3 saat əvvəl qoymaq lazımdır.