Böyrəklərdəki daş və qum əleyhinə 2 super çay RESEPTİ

  • 07 Fevral, 2019
  • 22978 Baxış
Böyrəklərdəki daş və qum əleyhinə 2 super çay RESEPTİ

Böyrəklərində qum, daş olan insanlar üçün ən effektiv çaylardan biri də cəfəri çayıdır.

Medicina.az həmin cəfəri çaylarının reseptlərini təqdim edir:

Bir dəstə cəfəri yuyulur, 1 litr suda qaynadılır. 10 dəqiqə dəmə qoyulur. Sonra süzülüb, gün ərzində 1 stəkan olmaqla soyuq halda içilir.

Bu çay çox güclü təmizləyici xassəyə malikdir. Böyrəklərdə yığılmış toksin, qum və daşları yuyub çıxarır.

İkinci resept: 250 qr cəfəri kökünü xırdalayıb, 1 litr suda qaynadın. 5-7 dəqiqə qaynatdıqdan sonra süzün.

Səhər və günorta 1 stəkan için. 

Bu çayları içən gün ağır yeməklər yeməyin, çoxlu maye için ki, sidik ifrazı çox olsun və sidiyinizə diqqət yetirin.