Daxili orqanları yerinə salan və onurğanı bərpa edən texnika – Çox problemləri həll edir – VİDEO

  • 2018.09.12 17:07
  • 24243 Baxış
Daxili orqanları yerinə salan və onurğanı bərpa edən texnika –  Çox problemləri həll edir – VİDEO
Müasir insanın demək olar, bütün xəstəliklərinin səbəbi onurğada, qamətin əyriliyindən və bununla bağlı daxili orqanların yerini dəyişməsindən, yəni aşağı düşməsindən qaynaqlanır. Bu problemlər artıq gənc insanlarda da çoxalıb, hətta uşaqların belə daxili orqanları yerində olmaya bilər.


Heç bir idman etməyən insan üçün məhz bu metod onurğanı dartmaq, bununla yanaşı yerini dəyişmiş daxili orqanları yerinə qaytaran çox asan, rahat və evdə edə biləcəyiniz hərəkətləri bu videoda baxıb edə bilərsiz.

 


İlk əvvəl daxili orqanların yerinin dəyişməsini bilmək üçün çanaqda sümüklərin eyni bərabərdə olub-olmamasını yoxlamaq lazımdır. Bunun üçün çanaqda irəli çıxan sümüklərin üzərinə iki əlin baş barmağını qoyuruq. Bu zaman sümüklərin bir-birindən fərqli hündürlükdə yerləşməsi aydın hiss olunur. Əgər bir tərəf yuxarı, digəri aşağıdırsa, deməli əyilən hissədə yerləşən daxili orqanlar yerini dəyişib, yəni aşağı sallanıb.

 

Ona görə bu metodu müntəzəm etmək sidik kisəsi, uşaqlığı aşağı düşənlərə, mədəsi uzananlara, bağırsağı zəif olanlara, qarını sallanana çox kömək edəcək.

 

Bütün insanlar bu metodu bir çox xəstəliklərin bədəni tez tərk etməsi və ümumi sağlamlaşdırıcı məqsədlə müntəzəm yerinə yetirsə bədənin tarazlıq mərkəzini də yerinə gətirəcək. 


Texnikanı təqdim edən Rusiyalı sağlamlıq blogeri Aleksandr Drojennikov insanlara hətta yalvarır ki, bu metodu çox tətbiq etsinlər. 


Medicina.az həmin texnikanın videosunu təqdim edir