“Dərman preparatlarının reklamı yolverilməzdir” Adil Qeybulla:

  • 2018.03.13 16:01
  • 16255 Baxış
 “Dərman preparatlarının reklamı yolverilməzdir”  Adil Qeybulla:
"Dərman maddələrinin, müalicə vasitələrinin, həkimin reklamı düzgün deyil”.


Medicina.az xəbər verir ki, bunu Moderator.az -a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Professorun sözlərinə görə, mövcud mənzərə qanundakı bəzi boşluqlardan qaynaqlanır:


"Dərman vasitələri ayrı-ayrı verilişlərin aparıcıları tərəfindən reklam olunur. Bunlar tamamilə yolverilməzdir. Dərman pereparatı reklam oluna bilməz. Dərman həkim tərəfindən yazılır və onun nəzarəti altında qəbul edilməlidir. Dərmanların sosial şəbəkələrdə reklamı da qadağandı və bu dərmanlara etibar etmək doğru deyil. Insanlar bu məsələdə diqqətli olmalıdır. 


Dərman vasitələrinin reklamı ilə bağlı baş verənlər qanundakı boşluqlarla bağlıdır və əgər bu boşluqlar aradan qaldırılsa, o zaman bu sahədə indiki arzuedlməz mənzərə də aradan qalxar”.