Diş əti xəstəliyi yaradır, dişləri çürüdür... - Stomotoloq keramika qapaqların DƏHŞƏTLİ FƏSADLARINDAN DANIŞDI/FOTO

  • 2018.06.28 14:56
  • 103279 Baxış
Diş əti xəstəliyi yaradır, dişləri çürüdür... - Stomotoloq keramika qapaqların  DƏHŞƏTLİ FƏSADLARINDAN DANIŞDI/FOTO
Bir müddət əvvəl Medicina.az dişlər üzərinə qoyulan keyfiyyətsiz keramik qapaqlar barədə stomatoloqla müsahibə dərc etmişdi. Həmin müsahibədə keramik diş qapaqlarının keramik diş qapaqlarının nə olmasından tutmuş, pasiyentlərin aldadılmasına qədər suallara aydınlıq gətirmişdik.


Bu dəfə isə mövzumuz keramik qapaqların qoyulması prosesi zamanı dişlərin zədələnməsidir. 


Bəzi klinikalarda dişlərin üzərinə keramik qapaqlar qoyulan zaman pasiyentin dişləri zədələnir. Bəzən isə qırılacaq həddə gətirilir. Buna səbəb isə keramikaların düzgün hazırlanmaması və dişlərin yonularaq yararsız vəziyyətə gətirilməsidir.


Bəs keramik qapaqlar dişlərə hansı formada taxılmalıdır?


Medicina.az-a açıqlama verən stomotoloq İlahə Cəlilovanın sözlərinə görə, keramik qapaqlar 2 qatdan hazırlanmalıdır:

"Bunlar karkas və keramika adlanır. Bunların hər birinin qalınlığı 0,3 mkr (ümumi 0,6 mkr) olur. Bu bəzən 0,8-1 mkr da ola bilər. Məhz bu qalınlıq nəzərə alınmaqla dişlərin keramik qapaqlar altına yonulmasının 2 forması müəyyən olunub:


1. Dişlərin qapaq altına slice keçidlə yonulması 


2. Dişlərin qapaq altına pilləli yonulması - slice keçiddə qapaq diş əti ilə dişin arasına oturur”.


Stomotoloq laboratoriyada texnik ucun konkret sərhəd olmadığı üçün qapaqların dərin hazırlana biləcəyini vurğulayıb:


"Beləcə, istər hazırlanmış uzun qapaqlar, istərsə də dişdəki qapaq qalınlığı altına mikroskopik ölçülü kifayət qədər bakteriyaların toplanması istənilməyən nəticələr verə bilər:


1.Diş qapaq altında çürüyə bilər. 


2.Diş əti xəstəliyi olan gingivitə səbəb ola bilər. 


3.Sementdən tez düşə bilər. 


4.Qapağın istifadə müddəti diş əti çəkilməsi nəticəsində azalar. Həmçinin estetik görünüşdə problem olur.


Bütün bunları nəzərə alaraq ölkəmizdən fərqli olaraq bir çox ölkələrdə bu yonulma qaydası düzgün hesab edilmir və demək olar ki bu üsul artıq tarixə çevrilib”.


Mütəxəssis bu prosedurda istifadə edilən pilləli forma yonulmadan bəhs edərək bu üsulun daha müsbət nəticə verdiyini qeyd edib.

"Pilləli forma yonulma zamanı isə dişin boynunda qapağın qalınlığı qədər pillə yaradılır. Nəticədə gələcək qapaq slice keçiddə olduğu kimi diş əti ilə dişin arasına yox, həmin bu pillənin üstünə oturur. Bu zaman birbaşa qalınlaşma olmadan, hamar şəkildə qapaqla diş ard-arda dişin ümumi formasını təkrarlayır. Nəticədə işimiz daha estetik və uzunömürlü olur və gələcəkdə bu qapaqlar altından çıxan dişlər tam sağlam olur. Pilləli yonulmanın dah bir üstün cəhəti isə əgər diş çənədə normal yerləşirsə, siniri çıxmadığı üçün qapaq altında "canlı qalır”, - deyə İlahə xanım vurğulayıb.


Stomotoloq prosedurun gedişatından da danışıb: "Klinikaya daxil olan pasiyent konstruksiya seçildikdən sonra anestezi olunur. Müvəqqəti qapaq üçün dişi yonmamışdan öncə ölçülər alınır. Diş ətini yonma zamanı zədələməmək üçün xüsusi retaksiya sapları dişlə diş əti arasında (diş əti dişdən aralanır) yerləşdirilir. Dişlər yonulur, yonulmuş dişin həssaslığını aradan qaldırmaq və yonularaq çılpaqlanmış dentin kanallarını kənar təsirdən qorumaq üçün diş xüsusi dərman ilə işlənir. Lazımi ölçülər alınır. Fiksasiya olunur (müvəqqəti semetlənir). Pasiyentin növbəti gəlişi zamanı karkas yoxlanılır. Sonrakı gəlişi zamanı isə dişlər tam təhvil verilir. Ümumilikdə prosedur 5-7 gün davam edir”.


Şəhanə Quliyeva

Medicina.az

 

Diş üzərində pilləli yonulma


 

Slice keçidin nəticəsi



 

Diş əti xəstəliyi yaradır, dişləri çürüdür... - Stomotoloq keramika qapaqların  DƏHŞƏTLİ FƏSADLARINDAN DANIŞDI/FOTO
Diş əti xəstəliyi yaradır, dişləri çürüdür... - Stomotoloq keramika qapaqların  DƏHŞƏTLİ FƏSADLARINDAN DANIŞDI/FOTO