Dönərdən zəhərlənən tələbələrdən YENİ XƏBƏR

  • 14 Mart, 2019
  • 3322 Baxış
Dönərdən zəhərlənən tələbələrdən YENİ XƏBƏR
 
Xəbər verilkdiyi kimi, ötən gün paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 tələbənin zəhərlənmə faktı qeydə alınıb. 

Xəstələrdən 2-si Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına, digər 5 nəfər isə Toksikologiya mərkəzinə yerləşdiriliblər. 

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova Medicina.az-a açıqlamasında bildirib ki, xəstələrin vəziyyəti normaldır və onlar evə buraxılıblar.