Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür? - Körpə üçün həyati təhlükə!/ Səbəb və müalicəsi

  • 07 Yanvar, 2019
  • 10005 Baxış
Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür? - Körpə üçün həyati təhlükə!/ Səbəb və müalicəsi

Doğuşdan sonra yaranan yorğunluq və gücsüzlük gənc ananın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Doğuşdan sonra yaranan depressiya da bütün dünya üzrə milyonlarla qadını maraqlandıran problemlərdən biridir. 

Medicina.az doğuş sonrası yaranan depressiyanın səbəblərini araşdırıb. 

Məlum olub ki, yaranan bu vəziyyətin səbəbi qəfil baş verən hormonal dəyişiklik, doğum səbəbindən yaranan stress, körpənin qayğısına qalma həyəcanı və s. olur. Bu depressiya əsasən öz yüksək həddinə doğuşun 4-cü günü çatır və 14-15-ci günlərə qədər həmin səviyyədə qalır.  

Bu zaman gənc analar dərin qüssə, darıxma və  şəxsi natamamlıq hissi yaşaya bilər. Belə olduqda qadın körpə ilə emosional əlaqə hiss etmir və onun qayğısına qalmaqda çətinlik çəkir.  

Depresiya aylarla uzana, hətta psixoza səbəb ola bilər. Bu zaman körpənin, ananın və ev sakinlərinin həyatı təhlükə altına girmiş olur. 
Səbəbləri

Bu narahatlığın əsas yaranma səbəbi qanda olan hormonların səviyyəsinin dəyişməsi olsa da, bir sıra digər amillərdən asılı olaraq da yarana bilər. 

Əsasən uşaqsalma, ölü uşaq doğma və bir sıra çətin doğuşlar səbəbindən meydana çıxır. 
Qadının həyatında daha əvvəldən depressiya yaşanıbsa, o zaman onun doğum sonrası depressiya yaşama şansı yüksələcək. 
Yaxınları tərəfindən kifayət qədər qayğı görməmək
Uşağın hər hansı bir xəstəliklə dünyaya gəlməsi
Siqaret çəkmə, alkoqol və narkotikdən istifadə 
Planlaşdırılmayan və ya arzuolunmayan hamiləlik 

Qeyd edək ki, qadın depressiv vəziyyətdə olarkən onda özünəqəsd fikri yaransa da, bu, keçici xarakter daşıyır. Əgər bu vəziyyət vaxtında aradan qaldırılmazsa, o zaman qadında psixoza bağlı hallüsinasiya görmə, səslər eşitmə yarana bilər. 

Bu vəziyyəti aradan qaldırmaq üçün isə aşağıdakı hallar diqqət yetirilməlidir: 

Maksimum çox yatmaq lazımdır. 
Uşağın qayğısı ilə digər yaxınlarınızın məşğul olmasını təmin edin. İstirahətinizə kifayət qədər vaxt ayırın. 
Hisslərinizi gizli saxlamayın, yaxınlarınızla bölüşün. 
Ev işlərini ideal görməyə can atmayın. Bütün vaxtınızı körpəyə ayırın. Digər işlər gözləyə bilər. 
Kofein tərkibli içkilər və alkoqol qəbul etməyin. 
Qida rasionu sağlam qidalardan ibarət olmalıdır.
Dostlanızla və həyat yoldaşınızla görüşə, söhbətə vaxt ayırın. Tez-tez gəzməyə çıxın. 

Arzu
Medicina.az