Döş xərçəngi ilə bağlı ŞOK ARAŞDIRMA – QADINLAR, DİQQƏT!

  • 2019.03.19 10:30
  • 11713 Baxış
Döş xərçəngi ilə bağlı ŞOK ARAŞDIRMA –  QADINLAR, DİQQƏT!

İngiltərənin Kembric universitetinin alimlərinin apardıqları araşdırmaya görə, süd vəzi xərçəngi müalicə ilə sağalmasına baxmayaraq, 11-ə yaxın digər genetik xəstəliyin yaranmasına səbəb olur.  


Medicina.az xəbər verir ki, araşdırmada son zamanlar süd vəzi xərçənginin müalicəsi uğurla aparılsa da, təəssüf ki, bir müddətdən sonra xəstəlik geri qayıdaraq sağalmaz formaya çevrildiyi bildirilir. Bir çox xəstələrdə bu hal uzun illər sonra baş verə bilər.


Alimlər 20 il müddətində 2000 qadın üzərində süd vəzi xərçənginin genetik dəyişikliklərini müşahidə ediblər. Daha sonra əldə edilən məlumatlarla xəstəliyin geri qayıtması riskini analiz ediblər. 


Süd vəzinin xərçənginin DNK analizi 11 müxtəlif xəstəliyi üzə çıxarıb.


Məsələn, müəyyən edilib ki, süd vəzi xərçəngi eyni zamanda 2 tipdə inkişaf edə bilər. Əvvəl aqressiv inkişaf edən şiş müalicə olunduqdan sonra müalicəyə tabe olan yumşaq formaya çevrilir. Bəzən isə əksinə, xəstəliyin proqnozu müsbət olsa da, daha sonradan aqressiv formada geri qayıdır.    

Hazırda alimlər alınan nəticələri xərçəngdən müalicə olunan xəstələr üzərində araşdırmağa davam edirlər.

 

Arzu

Medicina.az