Analar üçün xeyriyyə konfransı - "Yerdəki Mələklər"

  • 2019.03.11 17:48
  • 8869 Baxış
Analar üçün xeyriyyə konfransı -  "Yerdəki Mələklər"
Siz də "Yerdəki Mələklər"-i sevindirmək istəyirsiniz? O zaman bu əsl fürsətdir! 


Medicina.az xəbər verir ki, 7 aprel Park İnn oteldə Bioloji Təbabət klinikası və tegulya.blog.dla.mam birgə təşkilatçılığı ilə baş tutacaq xeyriyyə konfransının bilet satışından və partnyorların göstərdiyi dəstəkdən toplanan bütün vəsait sığınacaq evində böyük oxu zalının tikilməsinə yönələcək. BİZ OXUDUQ, ONLAR DA OXUSUN!


Konfransın həkim spikerləri  ginekoloq Gülnar İbrahimova, pediatr Fidan Əlirzayeva, nevroloq Gülşən Quliyevadır. 


Qeyd edək ki, hər bir ana bu konfransa qatılmaqla həkimlərimizin maraqlı çıxışlarından yararlanmış olacaq. Maariflənək, maarifləndirək, sağlam övlad böyüdək və ən əsası sığınacaq evinin uşaqlarının təhsil almağına dəstək olaq.