Azərbaycan cərrahları beynəlxalq konqresdə - FOTO

  • 2017.06.12 17:06
  • 14022 Baxış
Azərbaycan cərrahları beynəlxalq konqresdə -  FOTO
Bu günlərdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Bariatrik və Metobolik Cərrahi Video Platformu konqresi keçirilib. Bu konqresdə Azərbaycanı Tibb Universitetinin (ATU) əməkdaşları təmsil ediblər.


"BakuTibb" xəbər verir ki, konqresdə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin (ABMCA) sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı t.ü.f.d. Taryel Ömərov, II cərrahi xəstəliklər kafedrasının əməkdaşı t.ü.f.d. Elçin Abdinov və III cərrahi xəstəliklər kafedrasının əməkdaşı, həmçinin ABMCA-nın üzvü Aslan Abdullayev iştirak ediblər.


Konfransda Türkiyənin və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər iştirak ediblər. Son illər bariatrik cərrahiyyədə, xüsusilə mədəkiçildilmə əməliyyatları zamanı əldə edilən nailiyyətlər haqqında danışılıb, problemlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. ATU nümayəndə heyətinin üzvləri Azərbaycanda bu sahədə mövcud olan durum, aparılan uğurlu əməliyyat haqqında konqres iştirakçılarına məlumat veriblər.


Artıq 4 ildir ki, Azərbaycan səhiyyəsində bariatrik cərrahiyyə üzrə ciddi nailiyyətlər əldə olunub. İllər öncə bu sahə ilə məşğul olan həkim-cərrahların sayı çox az olsa da, indi durum dəyişib. Artıq Azərbaycanda, o cümlədən ATU klinikalarında bariatrik cərrahiyyə üzrə dünya səviyyəsinə uyğun şəkildə əməliyyatlar icra olunur.

 

Azərbaycan cərrahları beynəlxalq konqresdə -  FOTO
Azərbaycan cərrahları beynəlxalq konqresdə -  FOTO
Azərbaycan cərrahları beynəlxalq konqresdə -  FOTO
Azərbaycan cərrahları beynəlxalq konqresdə -  FOTO