Fekal transplantasiya Autizmi azaldır – Araşdırma

  • 2019.04.12 21:29
  • 6635 Baxış
Fekal transplantasiya Autizmi azaldır –  Araşdırma
Arizona ştatının mikrobioloqları uşaqlarda autizmin simptomlarını azaltmaq və müalicədə effekt almaq üçün fekal transplantasiya, yəni daha sağlam nəcisin köçürülməsi metodunun effektli olduğunu bildirib.


Medicina.az xəbər verir ki, autizmli uşaqlarda beyin pozulmaları bağırsaqlardan qaynaqlanır. 


Yeni elmi araşdırmada 18 autist uşaqda fekal transplantasiya icra olunub. 1 ildən sonra ağır formalı autizm əlamətlərinin 39% xəstədə azalması, 44%-də minimuma enməsi təsdiqlənib.  Mikrobiotlar köçürülməsindən 2 il sonra həzm traktında yaxşılaşmalar davam etmişdir. Alimlər bildirir ki, autizmli uşaqlarda mədə-bağırsaq sistemi sağlamlaşdırılsa, psixi vəziyyət bir o qədər yaxşılaşacaq.