Ovulyasiya vaxtını necə təyin etməli? - DİQQƏT!

  • 2019.10.28 09:41
  • 10263 Baxış
Ovulyasiya vaxtını necə təyin etməli? -  DİQQƏT!
Ovulyasiya folikulun yetişib partlaması deməkdir. Yetişmiş yumurta
hüceyrenin partlamış folikuldan xaricə atılması ilə ovulyasiya baş
verir. Bu müddətdə də uşaqlıq daxilində hormonal dəyişikliklər baş
verir. Ovulyasiyada xaricə atılan yumurta hüceyrə fallop borusu ilə
irəliyərək sperm ilə mayalanır və döllənmiş yumurta uşaqlıq daxilinə
yerləşir. Boruda hərəkət və mayalanmış yumurta hüceyrənin irəliləməsində
problem olarsa hamiləlik boruda inkişaf edir və uşaqlıqdankənar
hamiləlik meydana gelir. Ovulyasiya zamanını bilmək önəmlidir, çünkü
hamilə qalmaq ehtimalı bu dövrdə artır.

 


Medicina.az xəbər verir ki, ovulyasiya zamanını bilmək önəmlidir, çünkü
hamilə qalmaq ehtimalı bu dövrdə artır. Ovulyasiya vaxtının (anının) dəqiq müəyyən edilməsi bəzi sonsuzluq növlərinin müalicəsi üçün çox vacib hesab edilir.


 


 


 


Ovulyasiya anının müəyyən edilməsinin bir neçə üsulu vardır:


 


 


Subyektiv hissiyyatları
ilə


Əksər qadınlar öz subyektiv hissiyyatları
ilə ovulyasiyanın baş verməsi anını müəyyən edə bilirlər. Belə ki,
ovulyasiya anında qarının aşağı hissəsində və ya beldə ağrı baş verir.
Bu zaman qadının halı yaxşılaşır və onda kəskin seksual tələbat yaranır.
Ovulyasiya zamanı qadın cinsiyyət üzvlərindən (uşaqlıq yolundan) selik
ifazatın artması da qeyd edilir. Bu uşaqlığın boyunun (servikal kanalın)
ifrazatı olub servikal selik adlanır. Ovulyasiya vaxtı
spermatozoidlərin uşaqlıq boşluğuna tərəf hərəkətini asanlaşdırmaq üçün
bu selik başqa günlərdən fərqli olaraq daha az yapışqan olur (çiy halda
olan yumurta zülalına bənzəyir). Ovulyasiyadan sonra və hamiləlik
dövründə isə servikal selik daha qatı və daha çox yapışqan olur ki, bu
da müxtəlif mikroblar, infeksiyalar və digər xəstəlik törədicilərinin
qadın orqanizminə daxil olmasının qarşısını alır.


Servikal seliyin başqa bir vacib
xüsusiyyəti də var ki, bu və ya digər zəifliklərə malik olan
spermatozoidlər onun təsiri nəticəsində məhv olurlar. Daha güclü
spermatozoidlər isə onun zərərli təsirlərinə üstün gələrək uşaqlığa
daxil ola bilirlər. Bu isə daha sağlam uşağın yarana bilməsi ehtimalını
artırmış olur.


 


 


Təqvim üsulu


Ovulyasiya praktiki olaraq aybaşı tsiklinin ortasında baş verdiyi üçün
ilk növbədə bu tsiklin davam etməsi müddətini təyin etmək lazımdır. Bu,
bir menstruasiya tsiklinin əvvəlindən digər tsiklin başlanmasına qədər
olan bir müddətdir. Məsələn, aybaşının başlanması bir dəfə 21 oktyabra,
növbəti aybaşının başlanması isə 21 noyabra təsadüf edərsə, demək,
menstrual tsikl 30 gün təşkil edir. Bu halda ovulyasiya 5 noyabr
tarixində baş vermiş olacaq. Menstruasiya tsiklinin müddətini daha dəqiq
təyin etmək üçün son üç və ya daha yaxşı olar ki, son altı tsiklin
davam etmə müddətini qeyd etmək məsləhət görülür. Bu halda menstrual tsiklin müddətini daha dəqiq təyin etmək olar.


 


 


 


 


Bazal temperaturun (düz bağırsaqda temperatur) ölçülməsi üsulu.


Bu məqsədlə qadın düz bağırsaqda olan temperaturu səhərlər - yataqdan
qalxmamaqla adi termometrdən istifadə etməklə (5 dəqiqə ərzində) ölçməli
və göstəricini qeyd etməlidir. Əgər temperaturun ölçülməsindən əvvəl
normal axşam yuxusu olmazsa, alınan nəticə dəqiq sayıla bilməz. Normal
aybaşı tsiklində ovulyasiyaya qədər düz bağırsaqda olan temperatur 37
C-dən aşağı olur. Ovulyasiyadan bilavasitə əvvəl hərarət daha 1 neçə 0,1
dərəcə aşağı düşür. Ovulyasiyadan dərhal sonra düz bağırsaqda olan
hərarət birdən-birə kəskin şəkildə 0.6 -0.9 C qalxır. Qeyd etmək lazımdır ki, sadalanan bu üsullarla yalnız təxmini nəticələr əldə etmək olur.


 


Sidikdə LH - lyüteyinləşdirici hormonun təyin edilməsi


Bu üsul çox sadə olduğu üçün ev şəraitində də tətbiq edilə bilər. Bu
məqsədlə ovulyasiyanın müəyyən edilməsi üçün xüsusi testlərdən (onları
hamiləliyin təyin edilməsi testləri ilə qarışdırmayın) istifadə olunur.
Ovulyasiya testlərini onun təxmin olunan vaxtından 5-6 gün əvvəl, qeyd
olunan qaydalara uyğun olaraq, gündə iki dəfə olmaqla aparmağa
başlayırlar.   


 


Ovulyasiya anının müəyyən edilməsinin daha bir  üsulu da, follikulun böyüməsi və inkişafına, onun deşilməsi (ovulyasiyanın özü) prosesinə - follikulometriya prosesinə - ultrasəs aparatının köməkliyi ilə nəzarət etmək olur. Menstruasiya tsiklinin 10-cu günündən
başlayaraq yumurta hüceyrəsi yumurtalıqdan çıxan günədək hər gün USM
aparmaqla, ovulyasiya gününü dəqiq təyin etmək olar. USM zamanı
içərisində yetişmiş yumurta hüceyrəsi olan follikul itir və onun yerində
sarı cisim əmələ gəlir ki, onu da USM-də aydın görmək olur.


 

 
Ovulyasiya vaxtını necə təyin etməli? -  DİQQƏT!
Ovulyasiya vaxtını necə təyin etməli? -  DİQQƏT!