Hamilə ikən uşaq əmizdirmək olar?

  • 2018.06.01 12:40
  • 17517 Baxış
Hamilə ikən uşaq əmizdirmək olar?
Bəzi qadınların süd verə-verə yenidən hamilə qalmaqları mümkündür.

 

Medicina.az xəbər verir ki, belə halda bəziləri, birinci körpəyə süd verilməyin zərərli ola biləcəyini qeyd edirlər. Bu səbəbdən qadınlar uşağı süddən kəsirlər.


 

Mütəxəssislər isə bunun tamamilə yanlış olduğunu bildiriblər.


Onlar, sadəcə gələn südün azala biləcəyini qeyd edirlər. Qatılığı dəyişə biləcəyi üçün bu, körpə tərəfindən sevilməyə bilər. 


Uşaq əmizdirən zaman hamilə qalan bir ananın südünün dadında və qatılığında dəyişikliklər meydana gəlir. Ginekoloqlar hamilə vəziyyətində körpəsinə süd vermək istəyən analara rahat olmalarını bildirərək qidalanmalarına diqqət etmələrini tövsiyə edib. Çünki bu zamanlarda həm körpə, həm də bətndəki döl ana vasitəsilə qidalandığı üçün qadın 3 nəfərin yeməyini yeməlidir. Əks halda qansızlıq, halsızlıq yaranar ki bu da istər ana, istərsə də körpələr üçün çətin vəziyyət yaradar.