Hər ailə quran cütlük övlad sahibi olmaq istəyir. Bəzi ailələrdə hamiləlik tez baş tutsa da bəzilərində müəyyən səbəblərdən ötrü alınmır. Bu zaman isə əksər qadınlar ya həkimə müraciət edir, ya da bəzi ara sözləri dinləyərək tibdənkənar üsullara əl atırlar.
Belə üsullardan biri isə əksər qadınların üz tutduğu bel çəkmədir. Bəzi evliliklərdə hətta qayınanalar gəlinləri bel çəkdirməyə məcbur edirlər. Bu üsulla tez bir zamanda qadının hamilə qalacağı düşünülür.
Bəs bunun elmi əsası varmı?
Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən ginekoloq Ləman Əkbərova belə müalicə üsulunun heç bir effektinin olmadığını bildirib:
"Çünki belə diaqnoz tibdə yoxdur. Heç bir əsası olmadan durduq yerdə qadının belinin çəkilməyi yanlışdır. Qadın boş yerə vaxtını itirir. Lazımi olan müalicənin vaxtını gecikdirir. Belə ara həkimlərin tibdən, qadın anatomiyası və fiziologiyasından heç bir xəbəri yoxdur”.
Mütəxəssis qadınların evliliyinin ilk 1-2 ayında hamilə qalmayan kimi müalicəyə başlamalarını da düzgün hesab etmir.
Bəs qadın nə zaman həkimə müraciət etməlidir?
Ginekoloq hansısa sağlamlıqla bağlı problemi olmayan qadının ilk 1 il gözləməli olduğunu vurğulayıb:
"Uşaqlığında problemi olmayan, gənc qadınlar ilk 6 ay və 1 il gözləyə bilərlər. Bədən bu zaman ərzində özünü yeniləyir. Hamilə qalmamaq normal sayıla bilər.
Dəfələrlə cinsi münasibətdə olduğu təqdirdə bir il ərzində heç hamiləlik olmayıbsa bu zaman sonsuzluğu düşünmək olar.
Əgər yaş 35-dən yuxarıdırsa və ya hansısa problemi varsa bu zaman vaxt itirmədən həkimə müraciət edilə bilər. Diaqnoza əsasən də müalicə başlaya bilər”.
Ləman doktor bəzi həkimlərin də yanlış diaqnoz qoyduğunu bildirib.
"Normal olaraq qadınların çoxunda uşaqlıq önə doğru əyri olur. Qadınlar beləliklə asanlıqla hamilə qalırlar. Bu tamamilə normal haldır.
Bəzi həkimlər uşaq olmamağın səbəbini uşaqlığın əyilməsində görürlər. Uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır. Tibdə fiksə olunmuş əyriliklər deyilən termin var ki,bu zaman uşaqlığın əyriliyi sonsuzluğun səbəbi sayıla bilər. Fiksə olunmuş dediyimiz əyriliklər boruların tutulmasına gətirib çıxara bilər. Bu zaman da yumurta hüceyrəsi boruya düşə bilmir.
Ancaq əsas olaraq qarın boşluğunda olan bitişmələr və ya uşaqlığın divarında olan hansısa törəmə sonsuzluğun əsas səbəbi sayılır.
Buradan görə bilərik ki, uşaqlığın əyriliyi sonsuzluğun səbəbi deyil, sonsuzluğa səbəb olan faktorun nəticəsidir”, - deyə Əkbərova qeyd edib.
Şəhanə Quliyeva
Mən 1cidə belimi cəkdim uşağa qaldım həmən gündə qaldım sabahda gedib belim cəkdirəcəm işallah gələy ay qala biləcəm uşağa
Her şey Allahın əlindədir və o ne zaman qismət ederse o vaxt olar geride qalan her şey boşdu
Gencede yaxşı bel çeken taniyan var
Tib çöpqakmanida təsdiqləmir 800 azn uşağa pul tökdük qizdirma yenmirdi 20 gün uşağı dolandirdiq axirda bir defe üfletmekle uşaq oldu anadangəlmə..Etrafımda bel çəkdirib o qeder qalanlar taniyiramki..
Şirvan şeherinde bel ceken taniyan varsa mene nomresin ataridda
Mende 3defe usax dusb belim cekdrsem dusmez gören xeri olar
Salam gencede bel ceken varsa zehmet olmasa nömrəsini mene yazardınız
Həkimlərin yaman da xeyiri dəyir axı adama. Hamınız pul tələsisiniz. Firma dərmanlarını yazıb göndərirsiz. O qədər əlacsız xəstə gəlir ki, yanınıza , heç xəstənin adını dərdini bilmirsiz. Yazıqlar hər gələndə dərdini başdan danışır sizə.
Eslinde bel cekdirib qalanlar var
Men bir dəfə belimi çəkdirdim helə o ayda hamile qaldım amma 2aylıq inkişafdan qaldı indi yenə belimi çəkdirdim görək bu ay necə olacaq Allahdan xeyirlisi
Biləcəridə Raya xala var bel çəkir onu bilirəm bircə
Məndə cəkdirdəm
men 9 aydi evliyem 3 ayliq dusuyum olub hami deyir belini cekdir bakida yaxsi bele ceken taniyaniniz varmi xahis edirem komey ederdiz
Məndə yeni çəkdirəcəm 5 aydı evliyəm hele yoxdu uşağım inşallah belimi çəkdirənen sonra olar
Men teze çekdirmişem görem nece olur .