Əkiz uşaq gözləyirdilər, 6 uşaq doğuldu - Maraqlı doğuş hadisəsi/FOTO

  • 2018.05.01 11:35
  • 26816 Baxış
Əkiz uşaq gözləyirdilər, 6 uşaq doğuldu -  Maraqlı doğuş hadisəsi/FOTO
İngiltərədə Lauren və Perkinsin adlı cütlüyün ən böyük xəyalı övlad sahibi olmaq idi. Təbii yollarla hamilə qala bilməyən qadın süni mayalanmaya qərar verib.


Medicina.az xəbər verir ki, süni mayalanma cəhdi uğurlu alınıb və qadın hamilə qalıb. Həkim cütlüyə əkiz uşaqlarının olacağını bildirib. Daha sonra ultrasəs müayinəsi zamanı həkim heyrətlənərək 6 körpənin olacağını söyləyib.


Həkimlər ailəyə qadının sağlamlığı baxımından uşaqların bəzilərindən imtina etməsini təklif ediblər. Həmçinin belə körpələrin həyatda qalma şansı da yüksək deyildi. 


Bir müddət düşündükdən sonra cütlük altı körpənin də dünyaya gəlməsinə qərar verib. 

 

Lauren hamiləliyinin 30-cu həftəsində xəstəxanaya yerləşdirilib. Çətinliklərə baxmayaraq doğuş uğurlu alınıb. 4 ay nəzarətdə olduqdan sonra isə körpələr evə buraxılıblar.

 

Əkiz uşaq gözləyirdilər, 6 uşaq doğuldu -  Maraqlı doğuş hadisəsi/FOTO
Əkiz uşaq gözləyirdilər, 6 uşaq doğuldu -  Maraqlı doğuş hadisəsi/FOTO