: doğmuş ananın ayaqlarını yandırdılar - FOTO“Leyla Şıxlinskaya”da dəhşət

  • 2017.10.12 16:01
  • 19017 Baxış
: doğmuş ananın ayaqlarını yandırdılar - FOTO “Leyla Şıxlinskaya”da dəhşət
Bakıda yerləşən Leyla Şıxlinskaya klinkası barədə şok ittihamlar irəli sürülüb.


Medicina.az-ın məlumatına görə, bu barədə monitor saytı xəbər verib. İddia edilir ki, klinikada keysəriyyə əməliyyatı olunan Atakişiyeva Kəmalə Dilqəm qızının ayaqları həkimlər tərəfindən yandırılıb.

 

Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:


 

"Hörmətli radaksiya!


Sizə müraciət edərək bildirirərəm ki, qızım Atakişiyeva Kəmalə Dilqəm qızı (03.08.1979) 17.07.2017 – ci ildə üçüncü övladını dünyaya gətirmək üçün L.Şıxlinskaya klinikasında keysəriyyə əməliyyatına alınıb. Əməliyyat vaxtı həkimlərin səhvi ucbatından komaya düşdü. Bu azmış kimi komada ola-ola hər iki ayağını dərin yandırmışdılar. Yanıq o qədər dərin idi ki, sümüyü görünürdü. Bizə bunu istiqacla etdiklərini bildirsələrdə, aydındır ki, istiqacla (qrelka) belə dərin yara mümkün deyil. Həm də komada olan adama istiqacın nə köməyi ola bilər?


Komadan tam ayılmamış xəstəni yanığın qana zəhərlənmə verməsindən şübhələnərək yenidən narkozla əməliyyata saldılar. Bu əməliyyatdan sonra qızımda toksiki ensofolapatiya yarandı, yəni özünü idarə edə bilmir, yaddaşı yoxdur, nevroloji üz mimikləri edir, çiyinlərini atır və s. Bu vəziyyətə saldıqları xəstəni hətta xəstaxanadan çıxarmağımızı tələb etdilər. Lakin Səhiyyə Nazirliyi belə ağır xəstənin köçürülməsinə icazə vermədi. Həkimləri kənardan özümüz dəvət etdik. Dərmanlara 20000 manatdan çox pul ödədik. Qızımın ayağını niyə yandırdıqlarını soruşanda bizimlə nəinki həkimə, insanlığa yaraşmayan tərzdə davranmağa başladılar.


Baş həkimin müavini Nuriyyə xanım "danışmağa vaxtım yoxdur”, deyə dəstəyi üzümüzə qapatdı, bu cür ağır xəstənin ən yaxınlarını görüş vaxtı yanına buraxmadılar. Dedilər ki, baş həkimin göstərişidir. Bizimlə qərəzli davrandılar ki, bu cür ağır hala saldıqları xəstəni buradan çıxaraq. Respublikanın bir neçə ad – sanlı həkimini dəvət etdik. Xəstənin vəziyyətini görən heç bir həkim onu öz xəstəxanasına aparmaq istəmədi. Bütün bunlar azmış kimi sentyabrın 10-da bizi polislə hədələyərək zorla xəstəni çıxartdılar və biz bu cür ağır vəziyyətdə olan xəstəni evə gətirmək məcburiyyətində qaldıq. Qızımın bu körpəsindən başqa da 10 və 12 yaşlarında daha iki uşağı var. Analarını bu halda görən uşaqların və yaxınlarının aldığı mənəvi zərbəni sözlə ifadə etmək mümkün deyil. Hələ maddi tərəfi də dözülməzdir. Şıxlinskaya klinikasına 7000 manata qədər pul ödəmişik, baxmayaraq ki, həkim səhlənkarlığı ucbatından qızımı şikəst ediblər. 20000 manatdan da çox dərman aldırıblar.

 

: doğmuş ananın ayaqlarını yandırdılar - FOTO “Leyla Şıxlinskaya”da dəhşət