Avropa Kardiologiya Cəmiyyətinin Beynəlxalq Sertifikatına sahib tək azərbaycanlı həkim

  • 2019.07.04 16:56
  • 6069 Baxış
Avropa Kardiologiya Cəmiyyətinin Beynəlxalq Sertifikatına sahib tək azərbaycanlı həkim
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloqu Yasmin Rüstəmova kardiovaskulyar maqnit-rezonans tomoqrafiya (MRT) görüntüləmə üzrə sertifikasiya imtahanını uğurla verərək bu beynəlxalq sertifikata layiq görülüb. Bu barədə medicina.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, dünyada çox az sayda mütəxəssis bu sertifikata malikdir. Qeyd edək ki, kardioloq, tibb üzrə fəlsəfə doktoru Y.Rüstəmova ürək görüntülənməsi və ürək çatışmazlığı üzrə Avropada ixtisaslaşma keçib. O, Azərbaycanda kardiovaskulyar MRT müayinəsi sertifikatının ilk və yeganə sahibidir Avropa Kardiologiya Cəmiyyətinin Beynəlxalq Sertifikatına sahib tək azərbaycanlı həkim