Respublikanın Baş onkoloqu: xərçəng sağalan xəstəlikdir

  • 2018.02.05 15:32
  • 25318 Baxış
Respublikanın Baş onkoloqu: xərçəng sağalan xəstəlikdir

Bütün dünyada dəhşətli xəstəlik kimi qəbul olunan xərcəng sagalan xəstəlikdir. Əgər xəstəliyi birinci və ikinci mərhələsində aşkar olunarsa onun yam sağalmasına nail olmaq mümkündür. Bunun üçün insanlar mütəmadi olaraq saglamlıqlarının qeydinə qalmalı, lazim olan yoxlama presedurlarini keçməli, vaxti vaxtinda müayinələrdən keçməlidirlər. Bunun üçün də cəmiyyətdə vətəndaşlarımız xərçəng xəstəliyi, onun yaranması yolları və ilkin əlamətləri haqqında zəruri biliklərə malik olmalı və özləri bu xəstəliyin vaxtında aşkarlanmasında həkimlərə kömək etməlidirlər. Bü gun tibbin ölkəmizdə inkişafı, səhiyyəmizin səviyyəsi ilkin mərhələlərdə xərçəng xəstəliyinin sağalmasına, bu xəstəliyin qarşısının alınmasına imkan verir.


 

Bu fikirləri 4 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü münasibətilə Gəncə şəhərində təşkil olunmuş aksiyada Milli Onkologiya Mərkəzinin Baş həkimi, Azərbaycan Respublikasının Baş onkoloqu, Azad Kərimov söyləyib. Onun sözlərinə görə hər il bu gün Milli Onkologiya Mərkəzi müxtəlif şəhər və rayonlarda əhalinin maarifləndirilməsi işlərini həyata keçirirlər.


 

Fevralın 4-də Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçlığı, Heydər Əliyev Fondunun və "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə şəhərin iki yerində - Gəncə ASAN Xidmət Mərkəzində və "Gəncə Mall” ticarət mərkəzində keçirilən aksiya zamanı insanlara xərçəng xəstəliyi haqqında ətraflı məlumat verilib.


 


Milli Onkologiya Mərkəzinin həkimlərinin də iştirak etdiyi aksiyada bildirilib ki, dünyada geniş yayılmış xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilən bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir.


 


Aksiyada iştirak edən vətəndaşlara xərçəng xəstəliyi haqqında məlumat verən baş onkoloq bildirib ki, hazırda bu xəstəlik qadınlarda süd vəzisində və uşaqlıq boyunda, kişilərdə isə ağ ciyərlərdə və prostat vəzində, eləcə də bir çox insanlarda mədə-bağırsaq sistemində təsadüf olunur.


 


Azərbaycanda xərçəngə tutulma hallarının digər ölkələrin statstistik göstəriciləri ilə eynidir və bu xəstəliyin vaxtında və erkən aşkarlanması üçün 35-40 yaşından sonra qadınlar hər il mütəmadi olaraq mamoqrafiyadan, kişilər isə prostat vəzinin yoxlanılması üçün qan analizindən keçməlidirlər. Əgər qan analizi zamanı xərçəng xəstəliyi üçün əlamətlər təsbit olunarsa xəstə dispanser nəzarətində saxlanılıb, tam müayinələrdən keçirilməlidir.


 


Sonra professor Azad Kərimov aksiyada iştirak edən qadınlara ev şəraitində özlərini müayinə edə bilməsi və diqqət yetirilməsi vacib olan digər hallar barəsində faydalı məsləhətlər verib.


 

Hazırda Azərbaycanda xərçənglə mübarizə üçün hər cür şərait yaradılıb.


 

İstər Bakıda, istərsə də Gəncə şəhərində xərçəng xəstəliyinin müayinəsi və müalicəsi üçün yüksək savadlı həkim kadrlar var. Həmçinin həmin xəstəxanalarda tətbiq edilən müayinə və müalicə metodları dünyanın bir sıra qabaqcıl ölkələrində aparılan üsullarla eynidir. Bununla belə vurğulanıb ki, xərçəng xəstəliyinin müalicəsində uğur qazanılması üçün həmin xəstəliyin növü, pasiyentin ailə vəziyyəti və hansı mərhələdə müraciət etməsi böyük rol oynayır.


 

"Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin iştirak etdiyi aksiya zamanı ictimaiyyətə xərçəng xəstəliyi, onun profilaktikası, diaqnostikası və müalicəsi üzrə məlumatlar verilib, müxtəlif maarifləndirici nəşrlər paylanılıb.


 

Eyni zamanda təcrübəli onkoloqlar vətəndaşların bu sahədə çoxsaylı suallarını cavablandıraraq tövsiyələr veriblər.