Uşaqları kondisionerli otaqda saxlamayın - Pnevmoniya xəstəliyi yarada bilər

  • 2018.07.02 10:16
  • 17117 Baxış
Uşaqları kondisionerli otaqda saxlamayın -  Pnevmoniya xəstəliyi yarada bilər
Yay fəslində istifadə edilən kondisioner, fərahlıq, sərinlik versə də bir o qədər də zərəri var.

 

Medicina.az xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev  uşaqların olduğu mühitdə kondinsionerdən istifadə ilə bağlı vacib məlumatlar verib.

 

Onun sözlərinə görə, kondinsionerin filtrləri müxtəlif xəstəliktörədiciləri özündə saxlayır:


 

"Bu, uşaqlarda adi soyuqdəymədən tutmuş xüsusi gedişatı ilə fərqlənən pnevmoniyaya (sətəlcəm) qədər problemlər yaradır. Bu səbəbdən filtrlər vaxtaşırı təmizlənməlidir. Havanı qurutduğuna görə müxtəlif nəmləndiricilərdən istifadə etmək lazımdır, ya da pəncərələri tez-tez açıb ventilyasiya yaratmaq lazımdı. Çöldə 40 dərəcə istilik varsa, evdə birdən-birə temperaturu 18 dərəcəyə salmaq olmaz. Uşaq orqanizmi kəskin temperatur dəyişikliyinə dözmür. Tədricən evdə 22-24 dərəcə tənzimlənsə yaxşıdır".

 

Həkim bildirib ki, uşaqları nəqliyyatda, marketlərdə kondisioner altında durulmamasına diqqətlə yanaşmaq lazımdır.