Hər gün 1 stəkan iç, 2 həftə sonra dəyişikliyə şahid ol - 50 qəpiklik qarışım dərdlərin dərmanıdır

  • 2018.09.19 15:14
  • 51106 Baxış
Hər gün 1 stəkan iç, 2 həftə sonra dəyişikliyə şahid ol -  50 qəpiklik qarışım dərdlərin dərmanıdır
Cəfəri xəstəliklərlə mübarizə aparan bitkilər siyahısında hər zaman birincilərdəndir. Bu birki yüz illər boyu təbii dərman olaraq istifadə edilib. Təsadüfi deyil ki, cəfəri suyu ağızdan gələn pis qoxunun müalicəsində, xərçəng xəstəliklərində, həzm məqsədilə içilib. Cəfəri suyunu içməyən başlayan şəxs 2 həftə sonra onun faydalarını və orqanizmə müsbət təsirlərini müşahidə edə bilər.


Medicina.az cəfəri suyunun faydaları ilə bağlı bir çox məlumatlar toplayıb. 


Məlumata görə, cəfəri salatlarda, "smoothie”lərdə (kokteyl) və meyvə sularında istifadə edildikdə mükəmməl nəticələr əldə etməyə kömək edir. Bu halda qidalar həm dadlı olur, həm də cəfəri orqanizmi ürək fəaliyyətini artıran bir çox vitaminlərlə təmin edir.


Cəfəri hər hansı qarışıma əlavə edilmədikdə belə, yalnız göyərti kimi istehlak edildiyində də faydalıdır. Lakin suyunu içmək daha çox miqdarda cəfəri qəbul etmək mənasına gəlir. 


Cəfəri suyunun faydaları:


İmmuniteti gücləndirir


Cəfəri suyu xroniki iltihablı xəstəliklərlə mübarizə aparır. Tərkibində yüksək flavonoid maddəsi olduğu üçün xərçəng xəstəliyinin başlamasına mane olur.

 



Ağızdan pis qoxu gəlməsinin qarşısını alır


Cəfəri suyu ağızdan pis qoxu aparmaqda "usta”dır. Bu səbəbdən cəfərini və cəfəri suyunu rasionunuzdan heç bir halda əksik etməyin.


Yeməyin sonunda da ağzınıza 2-3 yarpaq cəfəri atmaq pis olmazdı.


Duzu bədəndən xaric edir


Cəfəri qan təzyiqini aşağı salan, toksinlərin orqanizmdən təmizlənməsinə kömək edən möcüzəvi bitkidir. Cəfəri suyu artıq duzun orqanizmdən çıxarılmasına da kömək edir. 


Qanı təmizləyir


Cəfərinin tərkibindəki maddələr qanı təmizləyir və yeni qan hüceyrələri yaradır. 


Qaz və qəbizliyi azaldır


Şişkinlik, qaz və qəbizlikdən əziyyət çəkirsinizsə, cəfəri suyu tam olaraq sizin üçündür. Cəfəri suyu qədim zamanlardan həzmsizlik, qəbizlik zamanı içilib, bağırsaq qazını azaltmağa kömək edib. Bundan başqa bədəndə yığılan su səbəbindən yaranmış şişkinliyi də azaldır.


Kalsium mənbəyi


Bir stəkan cəfəri suyu orqanizmdə kalsiumun miqdarını artırmağa kömək edir. Bundan başqa, gündə içilən 1 stəkan cəfəri suyu sümüklər üçün də xeyirlidir. 


Sidik yolu infeksiyalarının qarşısını alır


Cəfəri suyu sidik yollarında infeksiyaların yaranmasına səbəb olan bakteriyaları təmizləyir, bir növ təbii antibiotik rolunu oynayır.

 



Böyrəkləri təmizləyir


Cəfəri suyu böyrəklərin təmizlənməsində əvəzsiz rol oynayır. 


Həzm problemlərini azaldır


Bu bitkinin suyu tərkibindəki C vitamini və və folik asit sayəsində mədə və həzm problemlərini aradan götürə bilir.


Anemiyanın əvəzsiz dərmanı


Cəfərinin tərkibindəki dəmirin miqdarı ispanaqda olan dəmir maddəsindən 2 dəfə çoxdur. Sadəcə 1 su stəkanı cəfəri 3,7 mg dəmir, yaxud gündəlik dəmir tələbatımızın 21 faizini ödəyir.


Anti-xərçəng təsiri var. 


Saç tökülməsini azaldır. 


CƏFƏRİ SUYU NECƏ HAZIRLANIR?


Lazım olan ərzaqlar:

Yarım limon

Su

Yarım dəst cəfəri


Cəfərini blenderdə doğrayırıq. Daha sonra yarım limonun suyu və 1 stəkan su əlavə edərək 2 dəqiqə daha blenderdə qarışdırırıq. Bundan sonra içə bilərsiniz.


MEDİCİNA.AZ