- Qalxanabənzər vəzini bu simptomlarda yoxladınHormonal disbalans sağlamlığımızı belə məhv edir

  • 2017.11.09 18:22
  • 64933 Baxış
 - Qalxanabənzər vəzini bu simptomlarda yoxladın Hormonal disbalans sağlamlığımızı belə məhv edir
Əgər siz səbəbsiz yerə həddən artıq kökəlib və ya arıqlayırsınızsa, əzələlərdə ağrılar varsa, yorğunluq, fikir dağınıqlığı, yaddaşsızlıq başlayıbsa, qarında köp və ishal varsa çox güman ki, sizdə qalxanabənzər vəzinin işində ciddi pozulmalar var. Çünki qalxanabənzər vəz və hormonlar bütün orqanizm və metobolizmə böyük təsir edir.


Az qala bütün orqanları yoxladıb, bircə hormonları unutmusunuzsa, o zaman bu kiçik orqana da diqqət edin.


Medicina.az xəbər verir ki, qalxanabənzər vəzinin 2 pozğunluğu var: Hipertireoz və hipotireoz. 


Hipertireoz – qalxanabənzər vəzin lazım olduğundan çox hormon sintez etməsidir.


Hipotireozda idə  hormonların miqdarı az olur.


Bədənimiz hormonal pozğunluğun simptomlarını bizə bildirir, amma insan bu simptomlara vaxtinda diqqət yetirmir. 


Ən əsas simptomlar:


Yuxu pozğunluğu, yorğunluq, əzginlik, bütün günü yatmaq istəyən, uzun müddət yatıb, amma yenə yuxudan əzgin oyanan adamlarda Hipoterioz var.

 

Çətinliklə yuxuya getmək, yataqda gərginlik və səbəbsiz narahatlıqla vurnuxan adamlarda da bu xəstəlik var. 


Əsəbilik və beyin pozulmaları:


Hiper pozğunluqda həyəcan, panik atak, diqqət və yaddaş pozğunluğu artır və həmin şəxslər əsəbdən müalicə alsalar da, effekt vermir.


Mədə-bağırsaq pozulmaları:


Hipotireozlu xəstələr qəbizlik, köp, həzm pozğunluğu, diareya və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkirlər. 


Əzələ və oynaqlar:


Əgər tez-tez qəfildən əl-ayaqda uyuşma, keyləşmə, ağrılar, qıcolmalar, əzələ və oynaqlarda iltihab, zəiflik, bərkimə, ağrı hiss edirsinizsə, deməli hormonların azlığından şübhələnmək vaxtıdır. Əlinizdə boşluq, əşyanı tuta bilməmək, pilləkan çıxanda çətinlik yaranıbsa, Hipertireozdan yoxlanın.


Qadınlarda menstrual pozğunluq:


Hormon defisiti olan qadınlar ağrılı, güclü və ağır menstrual tsikl keçirir. Hiperteriozlar isə zəif, az, qısamüddətli və gecikmələrlə keçirir.


Saç və dəri problemləri:


Əgər saçlarınız getdikcə quruyursa, qırılırsa, incəlirsə, cansızdırsa, deməli hormonal disbalans var. Dəriniz quru, dırnaqlarınız çatlayırsa, qabıqlanma varsa hipotireozdur. 


Hipertireozda isə saçlar tökülür.  


Bədənin ümumi hərarəti:


Əl-ayaqlarınız üşüyürsə, soyuqdursa, müntəzəm titrətmə keçirirsinizsə, bədən hərarəti 36 dərəcədən aşağı olursa, sizdə Hipotireozdur. 


Əgər qışda belə istilik hiss edirsinizsə, güclü tərləmə varsa, Hipertireozdur. 


Arterial təzyiq: 


Hipotireozlar – yüksək təzyiqdən əziyyət çəkir. Hipertireozlar isə qarışıqdır: sistolik təzyiq yüksək, diastolik isə aşağı olur. 


Boğazda dəyişiklik:


Ən geniş yayılmış simptomdur: vəzlərin şişkinliyi və səsin dəyişməsi xarici əlamətlərdəndir.