İçkinin məhv etdiyi mədəaltı vəzi - Alkoqol mənşəli pankreatit

  • 2019.01.10 13:59
  • 15806 Baxış
İçkinin məhv etdiyi mədəaltı vəzi -  Alkoqol mənşəli pankreatit

 

Pankreatit mədəaltı vəzinin ağır formalı iltihabıdır. 


Spirtli içkinin təsirindən vəzin hüceyrələri toksiki fonda zədələnir, vəzin sintez etdiyi fermentlər kortəbii aktivləşir və vəzin özünün toxumasını "yeməyə” başlayır. Nəticədə orqanda nekroz – çürümə başlayır. 


İltihabdan vəzi böyüyür, şişir, yaxınlıqdakı orqanları və sinirləri sıxır, ağrılar başlayır.


Medicina.az alkoqol pankreatitin müayinə və müalicə metodlarını təqdim edir.


İltihabın qarşısı alınmadıqca proses aqressivləşir, fibroz başlayır, mədəaltı vəzi axacaqları tutulur, orqan zədələnir. Ferment ifrazı funksiyası pozulur, ağır dispepsik pozuntular baş verir. 


Vəzin endokrin funksiyası kəskin pozulur və şəkərli diabet formalaşır.


Həm içib, həm siqaret çəkmək isə damarların spazmı, vəzin işemik zədələnməsi və toxumanın dağılmasını təmin edir.

 



Xəstəliyin əlamətləri:


-İntensiv ağrılar


-Ağrı qol və kürəyə verir


-Ağrı bəzən olmur, bəzən qəfildən küt, kəskin başlayır


-Xəstə uzananda ağrı çoxalır


-Xəstə yalnız oturanda, azca əyilmiş vəziyyətdə yüngüllük hiss edir


-Yeməkdən və içkidən sonra ağrı tutur


-Tez-tez ürəkbulanma, mədədə yanma, qusma olur


-Nəcis açıq boz rəng alır


-Nəcisdə həzm olmamış qida qalıqları çox olur


-Xəstədə güclü köp, gəyirmə, qarında küt sancı və qurultu olur


-Xəstə arıqlayır


-Psixoloji olaraq yeməkdən qorxur


Diaqnozu:


İlkin mərhələdə çox sakit, əlamətsiz keçdiyi üçün tez yox, ağırlaşmış mərhələdə daha çox aşkar olunur. USM ilə müayinədə belə çox zaman başlanğıc mərhələni görmək olmur, analizlər təmiz çıxır. 


Orta ağır formada USM və KT ilə orqan baxılır, sidik və qan analizi verilir, xüsusi mədəaltı vəzi testi aparılır. 

 



Müalicəsi: 


Spirtli içkidən və siqaretdən tamamilə imtina. Müalicəvi pəhriz və aclıq. 


Konservativ dərman terapiyasında xəstəyə ferment preparatları, ağrıkəsicilər, iltihab əleyhinə dərmanlar verilir. 


Zərurət olduqda abses, kistlər əməliyyatla kəsilir, nekrozlaşmış sahə də götürülə bilər. 


Mədəaltı vəzidə əməliyyat elə də asan deyil, ağırlaşması çox olur, bu xəstələrdə diabet qaçılmazdır.


Profilaktika məqsədilə spirtli içkidən uzaq durmaq, rasional qidalanma seçmək, daha çox zülal tərkibli qidalar yeyilməlidir.


İçki içən insanlar panlkreatit əlamətləri olmasa belə, ağrı olmasa belə, ildə 1-2 dəfə mədəaltı vəzini yoxlatmalıdır.

 

Aygün

Medicina.az
İçkinin məhv etdiyi mədəaltı vəzi -  Alkoqol mənşəli pankreatit
İçkinin məhv etdiyi mədəaltı vəzi -  Alkoqol mənşəli pankreatit
İçkinin məhv etdiyi mədəaltı vəzi -  Alkoqol mənşəli pankreatit
İçkinin məhv etdiyi mədəaltı vəzi -  Alkoqol mənşəli pankreatit