İnsanlar çox tənbəlləşib, bu da sümük-əzələ sistemini məhv edir - Tanınmış həkim

  • 2019.01.04 18:43
  • 11893 Baxış
İnsanlar çox tənbəlləşib, bu da sümük-əzələ sistemini məhv edir -  Tanınmış həkim

Biloji Təbabət Klinikasının revmatoloq terapevti Əli Əlizadə sümük-dayaq sisteminin xəstəlikləri, qığırdaq, sümük əriməsi, sümüklərin dağılmasının qarşısının alınması və insanların vaxtında bu simptomlara diqqət yetirməsinin vacibliyindən danışıb.


Medicina.az xəbər verir ki, həkim ağrıkəsicilərlə ağrının müvəqqəti dayandırılmasının müalicə olmadığını bildirib. Onun sözlərinə görə, əslində sümük-qığırdaq toxumalarının bərpasına çalışmaq, oynağın açılması və hərəkətin təmin olunmasına nail olmaq lazımdır.


"Müasir dövrün rahatlığl artrozları artırır. Keçmişdə bu qədər otiraq həyat yox idi, avtomobil yox idi. Hazırkı rahat dövt sümük-dayaq sistemi üçün çox zərərlidir.



Qığırdaq toxumasının deformasiyası - artroz dağılmağa məruz qalmış bir orqandır. Deformasiya gücləndikcə dağılma prosesi dərinləşir.

Bunun qarşısını almaq üçün zədələnmiş qığırdaq toxuması tez bərpa olunmalı və bunun üçün müəyyən terapiyalar var.  

Artroz insanın həyatını işgəncəyə çevrilir. Biz ağrının süni, qısa müddətli dayanmasına çalışmırıq. Ağrı o zaman dayanır ki, orqan öz funksiyasını bərpa etsin. Biz Bioloji təbabət metodları və preparatları ilə 3-cü dərəcəyə kimi artrozlarda tam müalicə əldə edirik. 


Əgər insanlar müasir dövrün getdikcə artan sümük oynaq problemlərinə biganə yanaşsalar, getdikcə gənc və orta yaşlı insanlar arasında da əlillik göstəriciləri artacaq”, - deyə mütəxəssis bildirib.

 


 Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında

•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89