Gənc amerikanlarda cinsi həvəssizlik ildən-ilə artır - Dəhşətli statistika

  • 02 Aprel, 2019
  • 8032 Baxış
Gənc amerikanlarda cinsi həvəssizlik ildən-ilə artır - Dəhşətli statistika
Amerikalı gənclərin 2018-ci ildə cinsi münasibətə həvəsi kəskin azalıb. Xüsusi araşdırmanın nəticəsinə görə, hətta il boyu heç bir intim əlaqədə olmayan amerikanların sayı rekord səviyyədə artıb.

Medicina.az xəbər verir ki, xüsusən gənc kişilər arasında intim əlaqənin olmaması faizi yüksəkdir. Eləcə də 18-30 yaş arası gənc xanımlar statistikasında 2018-ci ildə bir dəfə də olsun intim münasibətdə olmayan qadınları sayı 18%-dir. 

İstər 30, istər 40 və 50 yaşlı kişilər arasında aparılmış sorğuda respodentlər 2018-ci ildə həyatlarında yaddaqalan və sevinc gətirən intim məqamların olmadığını etiraf ediblər. 

Rəqəmlər göstərir ki, ildən ilə gənc kişilər arasında intim əlaqə göstəriciləri azalır, bu sahədə vəziyyət pisləşməyə doğru gedir. Buna səbəblərdən biri kimi gənclər üçün porno video və oyunların əlçatan olması, virtual oyun və saytlarla tələbatı qismən ödəməsi, insanların canlı münasibətdən qaçması göstərilir.