İntim əlaqədən öncə bu qidaları əsla yeməyin – Həvəsi öldürür

  • 18 Oktyabr, 2019
  • 133514 Baxış
İntim əlaqədən öncə bu qidaları əsla yeməyin – Həvəsi öldürür

İntim əlaqə, romantik görüş zamanı heç kim uğursuzluq arzulamır. İntim münasibətin yüksək səviyyədə keçməsi bəzi səbəblərdən asılıdır ki, bunlardan biri də yediyiniz qidalardır. Elə ərzaqlar var ki, seksdən öncə uzaq dursaz yaxşıdır, çünki işləri korlaya bilər.

Medicina.az həmin qidaları təqdim edir:

-Dönər, hot doq, burger

Bu qidalar bədəni ağır həzmetməyə cəlb edir, onları yedikdən sonra insan seksdən həzz ala bilmir, həvəsi ölür. Eləcə də ağız qoxusunu pisləşdirir, çünki ət, mayonez, souslar, sosis ağızda bakteriyaları çoxaldır.
 
Eləcə də sosis damarları sıxır, bu da kişilərdə ürək-damarın işini zəiflədir. Bu zaman intim əlaqənin keyfiyyəti azalır, kişi yorulur.  Yaxşı olar ki, balıq yeyəsiz
 


-Nanə, nanə çayı

Çoxları nanəli çay, konfetlə ağız qoxusunu təravətləndirmək istəyir. Amma kişilər intim əlaqədən öncə nanədən uzaq durmalıdır, çünki testosteronu azaldır. Hətta nanəli saqqız da olmaz. 

-Cin adlı viski

Bu içkilər dəhşətli köp yaradır və intim münasibəti pisləşdirir. Eləcə də spermatozoidlərin sayını azaldır. Yaxşı olar ki, şirin çay və ya meyvə suyu içəsiz

-Kartof-fri

Xırçıltılı frini sevənlər bilsin ki, bu, kişi potensiyasının düşmənidir. Cinsiyyət orqanlarında qan dövranını pozur, testosteronun səviyyəsini azaldır. Duz isə təzyiqi qaldırır, ürəyin işini pozur. Bunlar isə intim əlaqədə arzu olunmur.
 


-Konservlər

Seksdən öncə konserv yemək faciədir. Bu qida çox duzlu, ədviyyatlı, konservantlı olduğuna görə cinsi istəyi öldürür, həzmi çətinləşdirir, qarın köpür. 

-Şərab, çaxır

-Bəli, siyahıda o da var. Baxmayaraq ki, romantikanın əsası şərabdır. Amma bu yarım qədəh olmalıdır. Çox spirtli içki hissiyatı azaldır, ereksiyanı itirir. Baş ağrısı verir. 

-Yulaf sıyığı, mannı

Səhərlər yemək sağlamlıqdır, amma pəhrizdəyəm deyib, seksual gecədə də bu sıyıqları qəbul etmək sizin gecənizi məhv edəcək. Seksual istəyi azaldır.

-Yeməkdən sonra meyvələr

-Cütlüklər bir-iki üzüm, çiyələk yeyə bilər, bir şərtlə ki, ondan öncə ağır yeməklər yeyilməsin. Meyvələr sürətlə həzm olur, əlaqə zamanı spazm verə bilər. 

Yemək qəbulundan azı 2 saat sonra meyvə yeyə bilərsiz.

-Energetik içkilər

Yanlış olaraq düşünürsüz ki, bu içkilər həm kişini, həm qadını daha da rahatladıb, qanadlandıracaq. Yüksək miqdarda kofein və şəkər libidi və testosteronu salır, seksual istəyi azaldır, ümumiyyətlə, ereksiya həzz vermir.