Penis böyütmə əməliyyatları təhlükəli ola bilər - Orqanda deformasiya baş verir

  • 2018.12.04 16:32
  • 39115 Baxış
Penis böyütmə əməliyyatları təhlükəli ola bilər -  Orqanda deformasiya baş verir

Penis böyütmə əməliyyatları təhlükəli ola bilər.


Medicina.az xəbər verir ki, bu barədə kişilərə Kaliforniya Universitetinin urologiya bölməsinin apardığı araşdırmanın nəticələrində xəbərdarlıq olunub.


Təcrübənin müəllifləri penis böyüdülməsi üzrə əməliyyat keçirərək sonradan ağırlaşmaları olan 11 pasiyenti araşdırıblar. Bu şəxslərin etdirdiyi əməliyyat daha çox estetik xarakter daşıyıb, penis toxumasına silikon implantların yerləşdirilməsindən ibarətdir. Bu əməliyyat nəticəsində orqan uzun və enli olur. 


Əməliyyatı keçirmiş xəstələrin yaşı 22-75 arasında olub. 


Belə ki, onların çoxuna ya silikon inyeksiyası olunub, ya da silikon implant qoyulub. Bir kişi isə həkimsiz də keçinərək, özü penis ətrafına fizioloji məhlul yeridərək onu şişirdib. 


Pasiyentlərdən 4 nəfəri müasir xəstəxana və həkim yanında deyil, qanundan kənar fəaliyyət göstərən kiçik yerlərdə penis böyütdürmə etdirib.


Nəticədə onlara infeksiya keçib, abses, qanqrena, xoralar və orqanın deformasiyası baş verib.


Hətta həkimlər tərəfindən icra olunan inyeksiya da böyük ödem və deformasiyaya səbəb olub. 


Silikon implant qoyulmuş xəstədə isə sonradan orqanın daha çox kiçilməsi və əyilməsi baş verib. 

 



Pasiyentlərin əksəriyyətinə sonradan əməliyyatlar icra edilib, penisin bir hissəsi kəsilib. Hətta bəzilərinin orqanı irin və qanqrena səbəbindən tamamilə kəsilib.


Araşdırmaçılar qeyd edir ki, əməliyyat etmiş kişilərin çoxunun heç böyüdülməyə ehtiyacı olmayıb, cinsiyyət üzvləri də öncədən normal olub. Onlar sadəcə psixi pozğunluq və öz bədənlərindən narazılıq kimi səbəblərdən, dismorfobiyadan bu əməliyyata üz tutublar. Əslində isə penisinin ölçüsündən, formasından narazı olan və buna görə fikir çəkən kişilərə psixiatr müalicəsi və yardımı lazımdır. 


Reklam və təbliğ olunan, kişilərə cəlbedici gələn penis böyütmə vasitələri və əməliyyatları zərərsiz və risksiz təqdim edilir, lakin sonradan fəsadlar olanda bu, artıq kişi üçün dünyanın sonuna barabər ola bilər. Çünki normal cinsiyyət orqanı sonradan deformasiya olunmuş formaya düşüb, geriyədönməz fəsadlar verir.

Penis böyütmə əməliyyatları təhlükəli ola bilər -  Orqanda deformasiya baş verir
Penis böyütmə əməliyyatları təhlükəli ola bilər -  Orqanda deformasiya baş verir