Kataral Angina: səbəblər, əlamətlər

  • 15 Aprel, 2019
  • 2773 Baxış
Kataral Angina: səbəblər, əlamətlər
Anginanın bir növü olan kataral angina infeksion mənşəli olub, kəskin iltihabi boğaz xəstəliyidir. 
Bu patologiya badamcıqların səthi iltihabi prosesi ilə başlayıb, udqunma zamanı ağrı verir.

Medicina.az xəstəliyin səbəb və əlamətlərini təqdim edir.

Əgər vaxtında düzgün müalicə olunmazsa, kataral növ 2 həftəyə follikulyar və ya lakunar formaya keçə bilir.
İnfeksion xəstəlik olduğu üçün özü keçib gedər düşünməyin.

Çünki xroniki tonzillit, ikincili miokard, endokard, oynaq xəstəliklərinə gedən yol anginadan başlayır. 
Bu xəstəlik uşaqlardan tutmuş yaşlılara kimi hər kəsi tuta bilər.

Daha çox payız, qış aylarında baş qaldırır. Amma xroniki formaya keçdikcə hər fəsildə ola bilər. 
Xəstəliyi törədən bakteriyalardan isə streptokokk, stafilakokk, hemofial çöpləri misal göstərmək olar. 
Nadir hallarda pnevmokokk, meninqokokk tərəfindən yaranır.

Yoluxma yolu hava-damcı yoludur. 
Amma bəzən təmas və toxunma ilə də keçir. 
Əgər bir insanda bu angina varsa, onun qaşıq, çəngəlindən, şəxsi əşyalarından istifadə digər insanı yoluxdura bilər. 
Xəstəliyə təkan verən səbəb immunitetin zəif olmasıdır. Məhz bu səbəbdən infeksion flora sürətlə çoxalır, iltihabi proses davamlı olur. 
 

Əlamətləri:

-Qıcıqlanma, udqunma zamanı ağrı
-Yemək yeyərkən diskomfort
-Ikitərəfli lokalizasiya zamanı yerli şiş, hiperemiya
-Badamcıqlar üzərində selikli örtük
-Bəzən çənə və boyun limfaları da ölçüdə böyüyür
-Ümumi intoksikasiya getdiyi üçün xəstə özünü halsız, yorğun hiss edir
-Temperatur 37-ni keçir, lakin çox yüksəlmir
Müalicə olunduqda və immunitet mübarizə apardıqda xəstəlik 1 həftəyə keçib gedir.

Diaqnoz

LOR həkim faringoskop ilə müayinə edir. Ümumi qan analizi verilir. Bakterial mənşəli olmasını təyin etmək üçün yaxma götürülür.

Müalicə:

Antibiotik və virus əleyhinə dərmanlar, yerli iltihab əleyhinə qıcıqlanmaya qarşı sprey və tabletlər, eləcə də antihistaminlər təyin olunur.