Koronavirus 1,5 milyon uşağı yetim qoydu

  • 21 İyl 2021 16:18
  • 228 Baxış
Koronavirus 1,5 milyon uşağı yetim qoydu
"Beynəlxalq tibb işçiləri qrupu" koronavirus pandemiyası səbəbi ilə ən azı bir valideynini, nənə və ya qəyyumunu itirən uşaqların sayı barədə statistikanı açıqlayıb.

Medicina.az xəbər verir ki, bu barədə "The Lancet" jurnalı məlumat yayıb.

Qeyd edilir ki, London "Imperial College"-nin tədqiqatçısı Culiet Anvinə görə, minimum 1,5 milyon uşaq bu cür itkidən əziyyət çəkir. O yeni mutasiyaların yayıldığı və peyvəndlənmə prosesinin səngidi bir şəraitdə "koronavirus yetimləri"nin sayının bir neçə milyona qədər arta biləcəyini ehtimal edib.