- Nadir rastlanan xəstəlik/VİDEOKörpə ürəyi çöldə doğuldu

  • 2017.12.18 10:41
  • 20714 Baxış
- Nadir rastlanan xəstəlik/VİDEO Körpə ürəyi çöldə doğuldu
Britaniyalı həkimlər inanılmaz əməliyyat keçirərək yeni doğulmuş körpənin həyatını xilas ediblər.


Medicina.az xəbər verir ki, ürəyinin və mədəsinin bir hissəsi bədəndən çöldə doğulan uşaq qeyri-adi xəstəliklə dünyaya gəlib.


Nadir patologiya - ürəyin ektopiyası hesab edilən xəstəlik hamiləliyin 9-cu həftəsində ultrasəs müayinəsindən sonra aşkar edilib. Əvvəlcə həkimlər uşağın sağ qalmayacağını ehtimal edib və hamiləliyi kəsməyi məsləhət görüblər. Ancaq valideynlər buna razı olmayıb.


Doğuş vaxtından bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə baş tutub. Uşağın həyatda qalması üçün 50 həkim səfərbər olub. 3 əməliyyatdan sonra ürək süni döş qəfəsinə yerləşdirilib.


Hazırda həkimlər körpənin vəziyyətini qənaətbəxş sayır. Həkimlər belə doğulan körpənin həyatda qalmasını möcüzə adlandırıblar.


Qeyd edək ki, bu növ əməliyyat Böyük Britaniyada uğurla nəticələnən ilk əməliyyatdır.