12 nəfərin zəhərləndiyi dönərxananın sahibi tutuldu

  • 2019.07.04 15:24
  • 8447 Baxış
12 nəfərin zəhərləndiyi dönərxananın sahibi tutuldu
Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub. Medicina.az-ın məlumatına görə, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən "Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib. Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. İstintaq davam etdirilir.