3 yaşlı körpənin üzərinə qaynar su töküldü

  • 2019.07.05 15:27
  • 4331 Baxış
3 yaşlı körpənin üzərinə qaynar su töküldü
Ucar rayonunda 3 yaşlı körpənin üzərinə qaynar su tökülüb. Medicina.az xəbər verir ki, hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü Dəniz Roman qızı Məmmədlinin ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb. Nəticədə körpə qız qarının ön divarının termiki yanığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Report)