34 yaşlı kişini həyətyanı sahədə ilan sancıb

  • 2019.06.28 09:19
  • 4687 Baxış
34 yaşlı kişini həyətyanı sahədə ilan sancıb
Bərdə rayonunun Xəsilli kəndində yerli sakini ilan sancıb. Medicina.az-ın görə, 1985-ci il təvəllüdlü Abdullayev Anar Camal oğlunu yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən sağ əlindən ilan sancıb. A.Abdullayev yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən bildirilib ki, həmin şəxsə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Hazırda vəziyyəti kafi olaraq qalır.