6 idmançıya təcili yardım çağrıldı

  • 2019.07.23 13:10
  • 3663 Baxış
6 idmançıya təcili yardım çağrıldı
Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən 6 müraciət daxil olub. Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər: "18 yaşlı türkiyəli basketbolçu qız sol diz oynağının travması ilə müraciət edib, onu təcili tibbi yardım briqadası Kiliniki Tibbi Mərkəzə çatdırıb. Yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır".