61 yaşlı kişi toyda öldü

  • 30 Avqust, 2019
  • 3662 Baxış
61 yaşlı kişi toyda öldü

Bərdə rayonunda orta yaşlı kişi ürəktutmadan ölüb.

Medicina.az-ın məlumatına görə, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. Rayon sakini 1958-ci il təvəllüdlü Hüseynov Ayaz İsa oğlu şadlıq sarayında toyda olarkən olan zaman halı pisləşib. O, rayon mərkəzi xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.